Dünya

"Damri" 44 can aldı

6 Noyabr 2017 12:11

Vyetnamın mərkəzi rayonlarını cənginə almış "Damri" tufanının qurbanları üç gün ərzində 44 nəfərə çatıb və itkin düşmüş daha 19 nəfərdən xəbər yoxdur. Bu barədə yerli “Tin Tuc” nəşri məlumat yayıb. Ölkənin təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli koordinasiya şurasının məlumatlarına əsasən, güclü leysanlar nəticəsində yaranmış daşqınlara görə, 40 mindən çox yaşayış evi su altında qalıb. Təxminən 30 min insan öz evlərini tərk etməyə məcbur olub. Bir sıra rayonlar elektrik qüvvəsi təchizatından məhrum olub.

Səudiyyə Ərəbistanında həbs dalğası başlayıb

6 Noyabr 2017 11:40

Yəmənə raket hücumundan sonra Səudiyyə Ərəbistanında həbs dalğası başlayıb. Ölkənin ən böyük bankı Əl-Rajhinin sahibi və dünyanın ən varlı 37 adamı arasında olan Süleyman ibn Abdul Əl Rajhi həbs edilib.

SAM-ın 10 illiyi ilə bağlı kitab sərgisi keçirilib

6 Noyabr 2017 11:28

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.

Şahzadənin öldüyü helikopter raketlə vurulub - ŞOK İDDİA

6 Noyabr 2017 11:19

Səudiyyə ərəbistanında Şahzadə Mukrin və 8 məmurun ölümü ilə bağlı şok iddia ortaya çıxıb. Misir əsilli vəkil Mahmud Rəfaət Səudiyyə Ərəbistanında iki helikopterin qəzaya uğradığını iddia edib. O, helikopterlərdən birinin raketlə vurulduğunu deyib.

Trampdan ABŞ-dakı son terrorla bağlı AÇIQLAMA

6 Noyabr 2017 11:16

ABŞ prezidenti Donald Tramp Texas ştatındakı bir kilsədə təşkil edilən silahlı hücumdan sonra açıqlama verib. Hazırda Yaponiyada səfərdə olan prezident hücumu “şeytani davranış” adlandırıb: “Acımızı və hisslərimizi sözlərlə anlada bilmərik. Hadisə zamanı həlak olanların yaxınlarının duyğularını xəyal belə edə bilmərik. Ürəyimiz qırıldı… 

İrandan MÜHARİBƏ ELANI - İki regional güc ÜZ-ÜZƏ

6 Noyabr 2017 11:15

Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarında İranı ittiham edib.  Səudiyyə Ərəbistanı hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu İranın “müharibə elanı” kimi qiymətləndiriləcəyini açıqlayıb.

Milyondan çox insan SAXTA WHATSAPP yükləyib

6 Noyabr 2017 11:13

Bütün dünya üzrə milyondan çox istifadəçi yeniləmə zamanı Vatsapın saxta versiyasını yükləyiblər. Saxta proqram insanları reklamla bezdirməyə başlayıb. “Google Play” əlavələr mağazasına dələduzlar tərəfindən “Update WhatsApp Messenger” adlı proqram qoyulub. Orijinaldan ustalıqla fərqi yalnız ondan ibarət olub ki, boşluqdakı (probel) simvolu başqa UNİKOD ilə hazırlanıb. Federal xəbərlər agentliyi bildirir ki, bunu sezməyən “Google” robotu əlavəni qeydə alıb və milyondan çox insan onu öz telefonlarına yükləyib.

Ekstrasensdən ŞOK İDDİA: "Yaponiya ABŞ-ı məhv edəcək"

6 Noyabr 2017 09:36

"Ekstrasenslərin döyüşü" yarışmasının qalibi, məşhur ekstrasens Viktoriya Raydos ABŞ-ın qorxunc taleyi haqda dediklərini REN-TV dərc edib. Cadugərin iddiasına görə, ABŞ Yaponiya tərəfindən məhv ediləcək. O, bildirib ki, Yaponiya Birləşmiş Ştatlardan Xirosima faciəsinin qisasını alacaq. Ekstrasensin sözlərinə görə, Yaponiya və ABŞ ciddi münaqişənin kəndarında dururlar və bu ona gətirib çıxaracaq ki, Amerika şəhərlərinə nüvə zərbəsi endiriləcək.

Bremendə supermarketdə atəş açan şəxs polisə təslim olub

6 Noyabr 2017 09:30

Almaniyanın Bremen şəhərində supermarketdə insanlara atəş açan şəxs polisə təslim olub. 30 yaşlı şəxs vəkili ilə birgə polis məntəqəsinə gəlib və təslim olub.

Moskvada yanğın: 6 ölü

6 Noyabr 2017 09:26

Moskvada baş verən yanğın nəticəsində 6 nəfər ölüb. Yanğın Moskvanın şimalında, dəmiryol xətti yaxınlığında yerləşən müvəqqəti tikilidə qeydə alınıb.