Səudiyyə şahzadəsi helikopter qəzasında həlak oldu...

Moderator.az ərəb kütləvi-informasiya vasitələrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kral ailəsi üzvlərinin və siyasi xadimlərin olduğu təyyarə Abxi bölgəsində təftiş səfəri zamanı qəzaya uğrayıb. İlkin məlumatlara görə təyyarədə şahzadə Mənsur bin Mukri də olub."Əl-Cəzirə" telekanalının yaydığı məlumata görə isə, qəza təyyarədə deyil, helikopterdə baş verib. Jurnalistlər təsdiq edir ki, həlak olanlar arasında şahzadə Mənsur bin Mukrin və Asir şəhərinin polis rəisi də olub. Düşən helikopterdə cəmi 9 nəfərin olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31