Kilsədə qətliam - 27 nəfər öldürüldü.../VİDEO
6 Noyabr 2017 08:46 DünyaModerator.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Sazerlend -Sprinqs (Texas ştatı) baptistlərin kilsəsində atışma olub. Nəticədə 27 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Donald Tramp Twitter səhifəsində hadisədən xəbərdar olduğunu və Yaponiyadan hadisəni izlədiyini yazıb. Hücum edən kişi öldürülüb. Hələlik cinayət haqqında əlavə məlumat yoxdur. Hadisə yerində Federal Təhlükəsizlik Xidməti çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31