SAM-ın 10 illiyi ilə bağlı kitab sərgisi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.
6 Noyabr 2017 11:28 DünyaAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, sərginin əsas məqsədi oxucuları SAM-ın geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir. Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli jurnalları, eləcə də SAM-ın xüsusi nəşrləri də nümayiş etdirilib.
Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə edilib.