Trampdan ABŞ-dakı son terrorla bağlı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp Texas ştatındakı bir kilsədə təşkil edilən silahlı hücumdan sonra açıqlama verib. Hazırda Yaponiyada səfərdə olan prezident hücumu “şeytani davranış” adlandırıb: “Acımızı və hisslərimizi sözlərlə anlada bilmərik. Hadisə zamanı həlak olanların yaxınlarının duyğularını xəyal belə edə bilmərik. Ürəyimiz qırıldı… 

ABŞ prezidenti Donald Tramp Texas ştatındakı bir kilsədə təşkil edilən silahlı hücumdan sonra açıqlama verib. Hazırda Yaponiyada səfərdə olan prezident hücumu "şeytani davranış" adlandırıb: "Acımızı və hisslərimizi sözlərlə anlada bilmərik. Hadisə zamanı həlak olanların yaxınlarının duyğularını xəyal belə edə bilmərik. Ürəyimiz qırıldı... 

Belə çətin anlarda biz amerikalıların etdiyi tək şey bir yerdə olmaqdır. Əl-ələ tutarıq və acımızla güclü olarıq. Mənim hökumətim yerli əyalətdəkilərə tam dəstək verərək istintaqa kömək edəcək. Bütün Amerika, yaralılar və ailələri üçün Tanrıya dua edirəm".

Qeyd edək ki, Texas ştatının Suterland Sprinqs bölgəsində silahlı bir nəfər kilsəyə daxil olaraq ətrafa atəş açıb və 26 nəfəri öldürüb. Hadisə zamanı 20-dən çox insan yaralanıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31