Dünya
Çin naviqasiya sistemi üçün orbitə iki peyk buraxıb
Çin orbitə naviqasiya sistemi üçün daşıyıcı-raket “Çançjen-3B” ilə 2 “Beidou-3” peyki çıxarıb. Hər iki peyk uğurla orbitə çıxıb. “Beidou-3” peyki orbitə ilk dəfə çıxarılıb.
ABŞ əhalisinin 65 faizdən çoxu Trampa etibar etmir
ABŞ əhalisinin 65 faizdən çoxu prezident Donald Trampın etimad qazanmadığını hesab edir. Məlumata əsasən, bu The Washington Post və ABC telekanalının keçirdiyi sorğu nəticəsində müəyyən edilib.
Bethovenin kədərli EŞQ MƏKTUBLARI
Motsartın və Haydın tələbəsi olan Bethoven tarixin ən yaddaqalan və sevilən bəstəkarları arasında yer alır. Adı XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.
Böyük sənətkarın ölüm səbəbi 168 il sonra bilindi
Alimlər dünya şöhrətli polyak bəstəkar Frederik Şopenin 168 ildir konyak dolu şüşə balonun içində saxlanılan ürəyini araşdırıblar. Elm adamları bəstəkarın nadir rast gəlinən bir vərəm növündən öldüyünü açıqlayıblar.
Tanınmış aktyor məktub yazıb intihar etdi
34 yaşlı serial qəhrəmanı intihar edib. “The Veronica Mars” serialı və “Malcolm in the Middle” komediya verilişi ilə şöhrət qazanan amerikalı aktyor Brad Bufanda özünü öldürüb. Los Anceles küçələrində gəzən kimsəsiz şəxs onun cəsədini tapıb.
Puçdemon saxlanıldı
25 yaşlı tələbə qızı aldatdı ki, cin çıxaracam amma təcavüz etdi
SON DƏQİQƏ! Paytaxtda 200- dən çox insan həbs edildi
Moskvanın mərkəzində 200-dən çox insan həbs edilib. Həbslər həmçinin Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib. Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.
Kamikazde polis idarəsində özünü partlatdı
Yəmənin cənubunda, Aden şəhərində iki terror aktı törədilib. İntiharçılardan biri Adendə Baş Cinayət Axtarışı idarəsinin inzibati ofisinə daxil olub və özünü orada partladıb.
Binəli Yıldırım ABŞ-a gedir
Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək. 7-10 tarixlərində baş tutacaq səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu FETÖ, PKK/PYD və iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri olacaq. Bundan başqa, terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr və miqrant böhranı da müzakirə ediləcək.
Plastik əməliyyatın qurbanı olan GÖZƏLLƏR - FOTOLAR
Kərkükdə dəhşətli partlayışlar
İraqın Kərkük şəhərində baş verən 2 partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb. Məlumata görə, ilk partlayış üzərində partladıcı olan terrorçunun bombanı işə salması, ikinci isə Haşdi-Şabinin qərargahına çevrilən Kürdüstan Demokrat Partiyasının yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Türkiyə etiraz etdi, Rusiya təxirə saldı
Rusiya noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb. Buna səbəb tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyə tərəfindən etiraz edilməsidir. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, rəsmi etiraza "Kreml"dən müsbət cavab gəlib və tədbir qeyri-müəyyən vaxta təxirə salınıb:
Paytaxtda Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Bu gün Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib. Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
Türkiyədə əməliyyat: Əxlaqsızlıq edən azərbaycanlılar saxlanılıb
Antalya Polis İdarəsinin Əxlaq Şöbəsi şəhərdə əməliyyat keçirib. Əməliyyat əcnəbi vətəndaşların fahişəliyə məcbur edilməsi barədə məlumat daxil olandan sonra başlayıb. İstintaq qurupu cinayətkarların xaricdən gətirdikləri qadınlara fahişəlik etdirdiyini müəyyənləşdirib və şəhərin Konyaaltı qəsəbəsindəki bir villaya basqın edib.














