Türkiyə etiraz etdi, Rusiya təxirə saldı

Rusiya noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb. Buna səbəb tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyə tərəfindən etiraz edilməsidir. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, rəsmi etiraza "Kreml"dən müsbət cavab gəlib və tədbir qeyri-müəyyən vaxta təxirə salınıb:

Rusiya noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb. Buna səbəb tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyə tərəfindən etiraz edilməsidir.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, rəsmi etiraza "Kreml"dən müsbət cavab gəlib və tədbir qeyri-müəyyən vaxta təxirə salınıb:

"Bizə bildirdilər ki, tədbirə PYD dəvət edilməyəcək. Biz Türkiyə olaraq orada iştirak etməyəcəyik, amma müşahidəçi göndərə bilərik". Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31