Böyük sənətkarın ölüm səbəbi 168 il sonra bilindi
Alimlər dünya şöhrətli polyak bəstəkar Frederik Şopenin 168 ildir konyak dolu şüşə balonun içində saxlanılan ürəyini araşdırıblar. Elm adamları bəstəkarın nadir rast gəlinən bir vərəm növündən öldüyünü açıqlayıblar.
5 Noyabr 2017 20:38 DünyaAlimlər dünya şöhrətli polyak bəstəkar Frederik Şopenin 168 ildir konyak dolu şüşə balonun içində saxlanılan ürəyini araşdırıblar.
Elm adamları bəstəkarın nadir rast gəlinən bir vərəm növündən öldüyünü açıqlayıblar.
Alimlər ürəyin zərər görmə ehtimalını nəzərə alaraq, onu balonun içindən çıxarmadıqlarını, yalnız görüntüsünə baxaraq bu diaqnozu qoyduqlarını bildiriblər.
Qeyd edək ki, 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilib, lakin ürəyi öz vəsiyyətinə görə Polşaya aparılıb və Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.
kult.az