Dünya
AST Telmanın "Mardan"ına yiyə duran yoxdu
Dünyanın ən luks oteli “Mardan palace”nin işıqlarını kəsbilər. Açılışında dünya ulduzları iştirak edən oteli borc içindədir. Bununla belə otel həm öz səhifəsində həm də digər səhifələrdə sayışa qapalı kimi qeyd olunub.
Rus porno ulduzu prezident seçkilərində Putinə rəqib olacaq
Rusiyada +18 filmlərin ulduzu olan Elena Berkova prezident seçkilərində Putinə rəqib olacaq. Porno ulduzu bunu İnstagram hesabı vasitəsilə bildirib. Berkova maraqlı vədlər də verib. Belə ki, 32 yaşlı porno ulduzu prezident seçilərsə, təcavüz edənə ölüm cəzası verdirəcək. Bundan başqa, o, boşanmaların qarşısını tamamilə almaq niyyətindədir. Çünki cütlüklər boşanandan sonra uşaqların bütün məsuliyyəti qadının üzərində qalır.
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Britaniya vətəndaşı internetdə qəribə foto yayıb. O, hesab edir ki, bu şəkil ölümdən sonrakı həyatın mövcudluğunu sübut edir. 33 yaşlı Seyd Merriot atasının sağlığında söz verdiyi kimi, o dünyadan qayıdaraq onu kilsədə kəbin mərasiminə özü aparıb. Onun sözlərinə görə, atası – 2003-cü ildə ürək tutmasından dünyasının dəyişən Ueyn Mandin qızının həyatındakı ən vacib gündə gələrək öz vədinə əməl edib. İlk baxışdan heç nə ilə diqqəti cəlb etməyən və gəlinin əks olunduğu müəmmalı fotoya diqqətlə baxdığımızda kadrda Seydin sağ qolunun dirsəkdən aşağısının yox olduğu görünür. Gəlin əlil olmadığına görə sual yaranır: bəs onun qolu niyə kadra düşməyib?
Ər-Riyada raket atıldı
Yəmən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada balistik raket atıb. Raketin hədəfi Xalid hava limanı olub. Lakin raket hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub və hava limanının yaxınlığında boş sahəyə düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Həyat yoldaşı ilə dava etdi - Səhvən atasını öldürdü
Eskişəhərdə arvadını bıçaqlamaq istəyən kişi onları ayırmağa çalışan atasını öldürüb. Orucbəy məhəlləsində 30 yaşlı Əmrah Ö ilə həyat yoldaşı Məryəm Ö (19) arasında mübahisə düşüb. Mübahisənin böyüməsini görən Əmrah Ö-nün atası Fəxri Ö (53) onları ayırmağa çalışıb.
Suriyada terror nəticəsində ölənlərin sayı 100-ü ötüb
Suriyanın Deyr əz-Zor şəhərində törədilimş terror aktı nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb. Bu barədə "Behind The News" nəşri məlumat yayıb.
Tramp İranı ittiham etdi
BŞ prezidenti Donald Tramp İranı Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində raket atmaqda ittiham edib. Bu barədə RİA “Novosti” məlumat yayıb. “Fikrimcə, İran Səudiyyə Ərəbistanına hücum edib. Siz bunu bilirsiniz, düzdür? Siz gördünüz ki, raket buraxılıb. Bizim sistemlərimiz isə onu vurub”, — deyə Tramp əlavə edib.
Martin Lüter haqda sensasion suçlama – FTB arxivi
ABŞ hökuməti məşhur hüquq müdafiəçisi, Nobel sülh mükafatının sahibi Martin Lüter Kinqi kommunistlərlə əlaqə qurmaqda şübhəli bilib. Bu barədə informasiya ABŞ Federal Təhqiqatlar Bürosunun üzərindən məxfilik qrifi götürülmüş yeni sənədlərində yer alıb. Yeni yayımlanan sənəd 12 mart 1968-ci ilə aid olub. Sənəddə vurğulanıb ki, Kinqin ətrafında olan şəxslərdən ikisi əvvəllər Amerika Kommunist Partiyasının üzvləri olub. Üstəlik, daha 8 nəfər isə kommunist hərəkatları ilə əlaqəyə giriblər. FTB-nin iddiasına görə, məhz Kinqin rəhbərlik etdiyi hərəkat əslində kommunistlərin hədəflərinə tam uyğundur.
Vyetnamda tayfun qurbanlarının sayı 27-ə çatdı
Vyetnamda güclü tayfun nəticəsində ölənlərin sayı 27-ə çatıb. Daha öncə 15 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 22 nəfər itkin düşüb, onlardan 17 nəfər yük gəmilərinin ekipaj üzvləridir.
ABŞ və Kanada qış vaxtına keçib
Bu gün yerli vaxtla saat 02.00-da ABŞ və Kanadada yay vaxtından qış vaxtına keçid olub. Məlumata görə, qış vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat geri çəkilib. Bununla da Bakı ilə Vaşinqton və Nyu-York şəhərlərinin də yerləşdiyi ABŞ-ın şərq sahillərindəki ştatlar və Ottava arasında saat fərqli 9 saat təşkil edəcək.
Nazirlər, yüksək rütbəli şəxslər həbs olundu
Səudiyyə Ərəbistanında Korrupsiyaya qarşı Mübarizə Komitəsi kral ailəsinin 10 üzvünün və krallığın bir sıra sabiq nazirlərinin tutulması barədə sanksiya verib. Xarici mətbuatın yaydığı digər məlumatlara görə, son həbslər nəticəsində hökumətdə və silahlı qüvvələrdə böyük dəyişikliklər baş verib. Belə ki, əvvəlki nazirləri vəzifəsindən azad edən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Əl Səud onları yeniləri ilə ilə əvəz edib. Həmçinin silahlı qüvvələrdə də yüksək rütbəli zabitlərlə bağlı istefalar və yeni təyinatlar gerçəkləşib.
Tramp Yaponiyada
Duman əleyhinə yol lazer sistemi icad edildi
İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar. 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.
İki ölkə 7 hissəyə bölünəcək, İsrailə.. - ABŞ-ın 2018-ci il planı ORTAYA ÇIXDI
1.1 mlrd. dollarlıq səhm satıldı
“Amazon” internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb. Milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.














