Erməni diasporu milyonçuları Qarabağa çəkir
Rusiyalı erməni iş adamları Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər ediblər. İş adamları Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Xankəndinə gələn erməni iş adamları arasında Samvel Sərkisyan, Ararat Tavadyan və Qriqori Qasparyan olub. Onlar Saakyanla qondarma rejimdə proqramların icrası məsələlərini müzakirə ediblər.
7 Noyabr 2017 11:34 DünyaRusiyalı erməni iş adamları Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər ediblər. İş adamları Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Xankəndinə gələn erməni iş adamları arasında Samvel Sərkisyan, Ararat Tavadyan və Qriqori Qasparyan olub. Onlar Saakyanla qondarma rejimdə proqramların icrası məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, hər üç şəxs Rusiyadakı erməni diasporunda aktivlik göstərirlər. Axar.az