Türkiyədə fabrikdə partlayış: Ölənlər var - FOTO

Türkiyənin qərbində Bursa şəhərində lak və boya fabrikində partlayış baş verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub.

İlkin məlumatlara əsasən, qəza buxar qazanının partlaması nəticəsində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

N.O.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31