Dünya

“Google Files Go” proqramı smartfonda yer çatışmazlığı problemini həll edəcək

8 Noyabr 2017 19:23

“Google” şirkəti smartfonda yer çatışmazlığı ilə bağlı problemlərlə üzləşən istifadəçilər üçün nəzərdə tutulan yeni “Files Go” fayl menecerini təqdim edib.

Yeni funksiya ilə şirkət saytlarında “Facebook Messenger”dən istifadə mümkün olacaq

8 Noyabr 2017 19:17

“Facebook” sosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək.    

“Xbox One X” oyun konsolu satışa çıxarılıb

8 Noyabr 2017 19:13

“Microsoft” korporasiyası 35 ölkədə “Xbox One X” oyun konsolu modelinin satışlarına başlayıb. Qurğu 2,3 QHs takt tezlikli səkkiznüvəli prosessor, 1172 MHs takt tezlikli 40 hesablayıcı nüvəyə malik videokart və 326 Qbit/saniyə buraxılış qabiliyyətli 12 giqabaytlıq “GDDR5” videoyaddaş, 1 terabaytlıq 2,5 düymlü sərt disk və “4K UHD Blu-ray” optik ötürücüsü ilə təchiz edilib.

Kənar təsirlərdən üçqat mühafizəli “Xiaomi” smartfonları buraxılacaq

8 Noyabr 2017 19:05

Çinin “Xiaomi” şirkəti kənar təsirlərə və əlverişsiz hava şəraitinə qarşı yüksək davamlığa malik smartfonların buraxılışına başlamaq niyyətindədir. Söhbət üç istiqamət üzrə mühafizədən gedir: birincisi, bu, zərbələrə və düşmələrə dözümlü olmaqla iş qabiliyyətinin saxlanılmasıdır. İkincisi, rütubətdən mühafizədir ki, bu da qurğudan ehtiyat etmədən yağışlı havada istifadəyə imkan verəcək, eləcə də onun təsadüfən suya düşməsi zamanı sınmanı aradan qaldırmağa kömək edəcək. Nəhayət, üçüncüsü, qurğunun tozkeçirməz olmasıdır.

Ərə getdiyini hər kəsdən gizlədir

8 Noyabr 2017 18:55

24 yaşlı Mayli Sayrusun 27 yaşlı sevgilisi Liam Hemsvortun sirri ortaya çıxıb. Cütlüyün artıq rəsmi nikaha girdiyi bəlli olub. Belə ki, Mayli və Liam yazda rəsmi nikaha girib.

Suriyada İŞİD-in son qalasına hücum başladı

8 Noyabr 2017 18:16

Suriya ordusu ölkə ərazisində İŞİD terror təşkilatının əlində olan son şəhərin tutulması üçün əməliyyata başlayıb.

Ukrayna Rusiyanın Kamçatka yarımadasına göz dikdi - RƏSMİ

8 Noyabr 2017 18:15

Yaxın gələcəkdə Ukrayna kəşfiyyatı qarşısında Rusiya ilə bağlı mümkün qədər daha çox məlumatın toplanması dayanır. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov yeni pilotsuz təyyarənin təqdimatında deyib.

Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edildi

8 Noyabr 2017 18:05

Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib. Bunu "France Pressə" məlumatlı mənbə bildirib. Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasnın qurbanlarından birinin fotosunu öz "Twitter" səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmiş şəkili terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.

III Dünya müharibəsi səhvən başlana bilər - ŞOK İDDİA

8 Noyabr 2017 17:36

“Üçüncü Dünya Müharibəsi Trampa (ABŞ prezidenti Donald Tramp - red.) lazım deyil, amma o, müharibəyə səhvən başlaya bilər”. Bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Frans Klinseviç “Ulduz” telekanalında “Xüsusi maddə” tok-şousunun efirində deyib. “Hadisələrin inkişafı müharibəyə gətirib çıxara bilər. Amma bu, bütün bəşəriyyət üçün faciə olacaq. Mən istəyirəm ki, bunu anlasınlar”, - Klinseviç bildirib.

Ukrayna Rusiya ilə hərbi sahədə sazişi ləğv etdi

8 Noyabr 2017 17:28

Ukrayna hökuməti Rusiya ilə qarşılıqlı olaraq silah, hərbi texnika, təmir və hərbi təyinatlı xidmətlərin göstərilməsinə dair sazişi dayandırıb. Bu barədə qərar Ukrayna Nazirlər Kabineti tərəfindən verilib.

Ruhani: "Səudiyyə Ərəbistanı strateji səhvə yol verir"

8 Noyabr 2017 17:25

"ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir". Bunu İran hökumətinin iclasında ölkə prezidenti Həsən Ruhani deyib.

Türkiyə Ermənistanla sərhədinə video nəzarət kamerası yerləşdirib

8 Noyabr 2017 17:19

Türkiyənin Qars əyalətinin qubernatorluğu bəyanat yayaraq bildirib ki, Ermənistan sərhəd zonasında təhlükəsizliyi təmin etmək məqsədilə video nəzarət kamerası yerləşdirilib.

ABŞ 16 ildə müharibələrə bu qədər xərcləyib - ŞOK RƏQƏM

8 Noyabr 2017 16:57

ABŞ 2001-ci ildən bu yana Asiya və Yaxın Şərqdə müharibələrə 5,6 trilyon dollar xərcləyib. Bu baqda Braunovski Universiteti yanında Uotson adına Beynəlxalq Tədqiqatlar İnstitutunun ekspertləri bildiriblər. Bu məbləğ ABŞ Müdafiə Nazirliyinin (Pentaton) açıqladığı rəqəmdən demək olar ki, dörd dəfə çoxdur. Pentaqonun açıqladığı məruzəyə görə, ABŞ Asiya və Yaxın Şərqdə müharibələrə xərclədiyi pul 1,5 trilyon dollar təşkil edir.

Müharibələr KOSMOSA KEÇİR: Pentaqon SSENARİNİ AÇIQLADI

8 Noyabr 2017 16:49

ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb. Bu haqda “Popular Mechanics” nəşrinə müsahibəsində danışan general Rusiyanın ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olduğunu deyib.

Kişi, qadın və... üçüncü “cins” - Almaniya icazə verdi

8 Noyabr 2017 16:42

Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının öz vəsiqələrində “üçüncü cins” nümayəndələri olmalarını göstərmələrinə izn verib. Bu barədə informasiyanı Almaniya mətbuatı yayıb. Mətbuat yeni qaydaların 2018-ci ilin sonundan tətbiq ediləcəyini bildirib.