Dünya

İsraillə gizli əlaqələri olan nazir istefa verdi

9 Noyabr 2017 14:13

İngiltərənin beynəlxalq inkişaf naziri Priti Patel istefa verib. Nazirin israilli diplomatlarla gizli əlaqələri ortaya çıxıb. Rəsmi görüş üçün baş nazir Tereza Mey tərəfindən ölkəyə çağırılan P.Patel 30 dəqiqəlik görüşdən sonra istefa ərizəsini təqdim edib. O, İsraildə istirahəti zamanı 2 gün boyunca bəzi israilli siyasətçilər, mülki təşkilatlar və şirkətlərlə ölkəsinin Xarici İşlər Nazirliyinin xəbəri olmadan görüşüb.

İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?

9 Noyabr 2017 12:26

İrəvanda tələbələrin etiraz aksiyası davam edir. Artıq üçüncü gündür davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər. Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb.

Cəsəd biznesi - Ağılalmaz qiymətlər - Baş 850, bədən 3400, ayaqlar 2200 manat - FOTO

9 Noyabr 2017 12:13

ABŞ-da yoxsul insanlar ölən yaxınlarının cəsədini dəfn xərci qarşılığında satışa çıxarır. Bu vəziyyət cəsəd tacirləri və cənazə evləri üçün yeni gəlir mənbəyinə çevrilib.  “Reuters”dən yayılan xəbərə görə, ABŞ-da ciddi bir cəsəd bazarı yaranmağa başlayıb. Ölkədə cəsəd alveri edən bir çox şirkət ortaya çıxıb. Bu şirkətlər orqan və toxuma banklarından fərqli olaraq, əsasən yoxsullardan alınan cəsədləri təhsil və tibbi səbəblər məqsədilə istifadə etmək üçün satırlar.

Daha bir şəhər İŞİD- dən azad edildi

9 Noyabr 2017 08:13

Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb. Bu barədə Suriya ordusunun komandiri bildirib. Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukəmal şəhərini tam azad ediblər.

ABŞ Ukraynaya hərbi yardım EDƏCƏK

9 Noyabr 2017 08:11

ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər. Bu barədə TASS agentliyinə Senatdakı mənbə bildirib.

Eynşteyni dahi edən ƏSL SƏBƏB

9 Noyabr 2017 07:59

Prinston Universitetinin professoru, nəzəri fizikaçı Robbert Dijkqraf bir məqaləsində Albert Eynşteyni digər elm adamlarından fərqləndirən xüsusiyyətləri izah edib. O, Eynşteynin sehrli toxunuşları olduğunu bildirib: “Eynşteyn gerçək bir dahi idi və bir elm adamı olaraq hamımız üçün örnək idi. O, uşaqkən belə çox fərqli bir düşüncə üslubuna malik olub. Onun xəyal dünyası onun haqqında önəmli şeylər deyirdi. Mənə görə, onun sehrli bir toxunuşu olub.

Avtobus körpüdən aşdı

9 Noyabr 2017 07:47

Pakistanda 80 nəfəri daşıyan avtobus körpüdən aşıb. Hadisə nəticəsində 24 nəfər həlak olub, 50-dən artıq insan xəsarət alıb.

NATO kiberəməliyyat mərkəzi yaradır

9 Noyabr 2017 07:45

NATO Avropa və Atlantikada öz güclərinin portativliyinin artırılması üçün yeni komanda strukturunun yaradılmasına başlayıb. Bu haqda mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Hərbi alyansın rəhbəri qeyd edib ki, NATO hərbi hədəflərə çatmaq üçün Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblər siyahısını hazırlamağa başlayıb.

Qardaşını edam edən İŞİD-çi yaxalandı

8 Noyabr 2017 21:31

2016-cı ildə müxalif fikirdə olduğu üçün qardaşını edam edən İŞİD üzvü Abdulxaliq Abdulqadir Əli Türkiyənin Kayseri şəhərində ələ keçib.  İraq əsilli terrorçu qardaşı Abdurrahmanın başından atəş açaraq öldürmüşdü və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.

"DDoS” hücumlarının sayında kəskin artım qeydə alınıb

8 Noyabr 2017 20:00

“Kasperski laboratoriyası” antivirus şirkəti üçüncü rüb üçün “DDoS” hücumları barədə hesabat təqdim edərək qeyd olunan müddət ərzində dünyada oxşar hücumların sayının artaraq “DDoS” hücumlarından mühafizə həllərinin qiymətinin bahalaşmasına səbəb olmasını açıqlayıb.

“Olimpiada-2020” üçün robot köməkçilərin sınaqları keçirilir

8 Noyabr 2017 19:50

Yaponiyada Tokioda keçiriləcək ХХХII Yay Olimpiya Oyunlarında istifadəsi planlaşdırılan robot köməkçilərin sınaqlarına başlanılıb. Müstəqil aparatların sınaq quraşdırma işləri noyabrın 13-nə nəzərdə tutulur. Eksperimentdə iştirak üçün Yaponiyanın 5 aparıcı texnoloji şirkəti tərəfindən təqdim edilən 5 robot seçilib.

Yeni “Wal-Mart” robotları malları çeşidləməyə kömək edəcək

8 Noyabr 2017 19:40

“Wal-Mart” mağazalar şəbəkəsi işçilərə malların çeşidlənməsi və düzülməsi prosesində kömək edəcək robotlar yaradıb. Təkrar hesablama, vaxtı ötmüş malların seçilməsi, yararsız məhsulun axtarışı mağaza işçilərindən çox vaxt və güc tələb edir və bəzən insan faktoruna görə bu və ya digər məhsul növü itir, istifadə müddəti ötmüş mallar isə yararsızlarla birlikdə rəflərdə qalır.

Ceff Bezos: “Dünyanın xilası üçün kosmosu tez mənimsəmək lazımdır”

8 Noyabr 2017 19:30

“Amazon” şirkətinin rəhbəri, “Blue Origin” aerokosmik şirkətinin sahibi Ceff Bezos Los-Ancelesdə kosmosun mənimsənilməsinə həsr edilən sammitdə iştirak edərək kosmosun mümkün qədər tez mənimsənilməsi ilə bağlı çıxış edib. O qeyd edib ki, kosmosa uçuşlar nə qədər ucuzlaşsa, onu bir o qədər asan və tez mənimsəməyə başlamaq mümkün olacaq.