Dünya
Britaniya hökuməti Breksitin dəqiq vaxtını açıqladı
Britaniya hökuməti ölkənin Avropa İttifaqından nə vaxt çıxacağını açıqlayıb. Krallıq 2019-cu ilin 29 mart tarixində, London vaxtı ilə 23:00-da Avropa İttifaqını tərk edəcək. "TASS" agentliyi bildirir ki, tarix əvvəldən məlum idi. Amma hökumət dəyişikliyi qanuniləşdirmək qərarına gəlib.
60 ildir hamilə imiş - Tibb dünyası şoka düşdü
Həkimlər Çilidə hamilə qaldığından xəbəri olmayan 91 yaşlı Estela Melendezin bətnində əhənglənmiş 60 illik döl aşkar edib. Qadın uzun illərdir qarnında döl daşıdığından xəbəri olmayıb. Həkimlər isə Melendezin 60 ildən çoxdur bu dölü daşıdığını bildirib.
Kataloniya parlamentinin spikeri həbs edildi
İspaniya Ali Məhkəməsinin hakimi Kataloniya parlamentinin spikeri Karme Forkadel barəsində həbs qətimkan tədbiri seçib. Bununla belə K.Forkadelə 150 min avro girov ödəyəcəyi təqdirdə azadlığa çıxmaq hüququ verilib. Kataloniya parlamenti rəyasət heyətinin digər üzvləri Luis Korominas, Luis Qino, Anna Simo, Ramona Barrufet barəsində hələlik həbs qərarı verilməyib, buna görə onlar həftə ərzində 25 min avro məbləğində girov ödəməlidirlər. Koalisiya nümayəndəsi Joan Josep Nuet isə girov ödəmədən azadlıqda qala bilər.
Rusiyada yaşayış binası çökdü: Ölənlərin sayı 6-ya çatdı - YENİLƏNDİ
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 6-a çatıb. Bu barədə TASS agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb. Məlumata görə, daha bir insanın taleyi naməlumdur.
106 pasiyentini zəhərləyən HƏKİM
2015-ci ilin fevralında xəstələrini eksperiment zamanı öldürdüyü üçün ömürlük həbs olunan “həkim” Nils Höqelin işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Özü 90 nəfəri öldürdüyünü bildirsə də, Aşağı Saksoniyanın hüquq-mühafizə orqanlarının araşdırmasına görə, qurbanların sayı 106 nəfərdir.
İraq ordusu 200 azərbaycanlı qadını həbs etdi
Kosmosda nəzarətsiz qalan nəhəng gəmi Azərbaycanın qonşuluğuna düşəcək
2016-cı ilin sentyabrından etibarən nəzarətsiz bir formada səyahət edən Çinin ilk kosmik gəmisi “Tiangong-1”in dünyanın hansı nöqtəsinə və nə zaman düşəcəyi ilə bağlı bir ehtimal irəli sürülüb. Avropa Kosmik Agentliyi (ESA) 8,5 ton ağırlığındakı kosmik gəminin yanvar və mart ayları arasındakı bir tarixdə Yerin atmosfer qatına girəcəyini təxmin edir. Gəminin düşəcəyi koordinasiya nöqtələrinin isə İspaniya, İtaliya, Hindistan və Türkiyə ərazisində olduğu bildirilir.
NASA Yupiterin ən yeni fotolarını yaydı
Amerika Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Yupiter planetinin ən son fotolarını paylaşıb. Fotolar “Yuno” kosmik gəmisinin Yupiterə 8-ci yaxın məsafədən keçdiyi sırada çəkilib.
Səudiyyə Ərəbistanında 200-dən çox şəxs saxlanıldı
Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb. Saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.
Luvr muzeyi Abu-Dabiyə satıldı - Yarım milyard dollara
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb. Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək. Parisdəki muzeydən daha çox əsərin nümayiş olunacağı yeni muzeyin açılışına Fransa prezidenti Emanuel Makron da qatılıb. Abu-Dabi sahilindən 500 metr uzaqlıqdakı adada tikilən metal qübbəli binanın dizaynı fransız memara məxsusdur. Bu, Fransadan kənarda Luvr adını daşıyan ilk muzeydir. 30 illik razılaşma üçün ərəblər Fransaya əlavə 663 milyon funtsterlinq də ödəyəcək.
Messidən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA
“Barselona”nın ulduz futbolçusu Linonel Messi Argentina Milli Komandasındakı fəaliyyəti haqqında çıxan xəbərlərə sərt reaksiya verib. Ulduz yığmaya baş məşqçi və kadr seçimi etdiyinə dair çıxan xəbərləri yalanlayıb. O, bu barədə Argentina mediasına açıqlama verib:
Keçmiş baş nazir saxlanıldı
Livanın vəzifəsindən istefa verən baş naziri Saad əl-Hariri Səudiyyə Ərəbistanında saxlanılıb. Bu barədə beynəlxalq bir agentliyə Livanın ali səviyyəli səlahiyyətli şəxsləri məlumat verib. Hökumət nümayəndələri keçmiş baş nazirin Livana geri qayıtması üçün beynəlxalq toplumun təzyiq göstərməsi üçün çağırış edib.
Putinlə Tramp sabah görüşəcək
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp sabah Vyetnamda görüşə bilər. Bu barədə “Röyters” agentliyi məlumat yayıb.
245 şübhəli saxlanıldı
Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. 250 ünvanda təşkil edilən əməliyyat nəticəsində 245 şübhəli şəxs saxlanılıb, onlardan 101 nəfəri həbs edilib.
Gənc aktyor evinə gələn qonağı yuxuda olarkən ZORLADI
“Gossip Girl” serialı ilə tanınan aktyor Ed Vestvikin adı təcavüz qalmaqalına qarışıb. Həmkarı, 30 yaşlı aktrisa Kristina Kohen Edin 3 il öncə onu zorladığını etiraf edib: "Həmin vaxtı Ed sevgilimin dostu idi. Bir gün onun evinə qonaq getdik. Yeməkdən sonra qonaq otağında uzanmışdım, yuxu tutub, yatmışam. Oyananda Ed üstümə uzanmışdı. Ondan dayanmağımı tələb etdim, ancaq güclü idi. Əli ilə ağzımı bağladı və məni zorladı.














