Britaniya hökuməti Breksitin dəqiq vaxtını açıqladı

Britaniya hökuməti ölkənin Avropa İttifaqından nə vaxt çıxacağını açıqlayıb. Krallıq 2019-cu ilin 29 mart tarixində, London vaxtı ilə 23:00-da Avropa İttifaqını tərk edəcək. "TASS" agentliyi bildirir ki, tarix əvvəldən məlum idi. Amma hökumət dəyişikliyi qanuniləşdirmək qərarına gəlib.

Breksit üzrə britaniyalı nazir Devid Devis deyib: "Biz parlament üzvləri və cəmiyyət nümayəndələrini dinlədik.  Bu dəqiqliyi ona görə etdik ki, istənilən səhv düşüncənin qarşısını alaq". Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31