Rusiyada yaşayış binası çökdü: Ölənlərin sayı 6-ya çatdı - YENİLƏNDİ
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 6-a çatıb. Bu barədə TASS agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb. Məlumata görə, daha bir insanın taleyi naməlumdur.
10 Noyabr 2017 09:11 DünyaRusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 6-a çatıb.
Bu barədə TASS agentliyi fövqəladə xidmətlərə istinadən məlumat yayıb.
Məlumata görə, daha bir insanın taleyi naməlumdur.
***
Rusiyanın İjevsk şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bu barədə RİA "Novosti" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yaşayış evinin uçması nəticəsində 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər 8 mənzzil tamamilə dağılıb.
***
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində iki nəfər həlak olub, iki sakin yaralanıb. Binanın bütün sakinləri təxliyə edilib.
Rusiya FHN-in məlumatına görə, hadisə məişət qazının sızması nəticəsində baş verib. Binanın birinci mərtəbəsində yerləşən Uşaq Mərkəzindəki uşaqların heç biri zərər çəkməyib. Dağıntılar altında 4 nəfərin qaldığı bildirilir.
Qəza baş verən bina 1999-cu ildə tikilib. Partlayışın tüfeyli həyat tərzi keçirən ailənin mənzilində qaz avadanlığının yararsız olması üzündən baş verdiyi ehtimal olunur.
Qəza ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Publika.az