106 pasiyentini zəhərləyən HƏKİM

2015-ci ilin fevralında xəstələrini eksperiment zamanı öldürdüyü üçün ömürlük həbs olunan “həkim” Nils Höqelin işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Özü 90 nəfəri öldürdüyünü bildirsə də, Aşağı Saksoniyanın hüquq-mühafizə orqanlarının araşdırmasına görə, qurbanların sayı 106 nəfərdir.

2015-ci ilin fevralında xəstələrini eksperiment zamanı öldürdüyü üçün ömürlük həbs olunan "həkim" Nils Höqelin işi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Özü 90 nəfəri öldürdüyünü bildirsə də, Aşağı Saksoniyanın hüquq-mühafizə orqanlarının araşdırmasına görə, qurbanların sayı 106 nəfərdir.

Höqel əsasən reanimasiya şöbəsində yatan xəstələrə dərmanın yüksək dozasını verib.

Cinayətin üstü ilk dəfə 2005-ci ildə onun həmkarlarından birinin şübhələnməsi əsasında açılıb. Sonradan Nils etiraf edib ki, eksperiment üçün xəstələrə yüksək dozalı dərmanlar verib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31