Dünya

Tarkandan qadınlara DƏSTƏK

10 Noyabr 2017 11:53

Məşhur türk müğənnisi Tarkan ötən gün sosial şəbəkə hesabından etdiyi paylaşım hər kəsin diqqətini çəkdi. Olaylar.az bildirir ki, sənətçi qadınlara qarşı edilən şiddəti qınayaraq, fotosunun üzərinə “Kadına şiddete hayır” sözlərini yazıb.

Dünya Elm Günü

10 Noyabr 2017 11:50

10 noyabr UNESCO –nun qərarı ilə Dünya Elm Günüdü. Olaylar.az bildirir ki,  2001-ci ildə UNESCO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin nəticələrinin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

Bank hesablarını öyrənmək üçün şahzadələrə işgəncə verilir

10 Noyabr 2017 11:47

Səudiyyə Ərəbistanında həbs olunan şəxslərə təhlükəsizlik orqanları işçiləri tərəfindən işgəncə verilib. Bu barədə “Middle East Eye” saytı Səudiyyə Ərəbistanından olan rəsmilərə istinadən informasiya yayıb.

“Xəyalət baron” İstanbulda həbs edildi

10 Noyabr 2017 11:46

20 ildir axtarışda olan “Xəyalət baron” ləqəbli iranlı mafiya lideri Rza Lame İstanbulda həbs edilib. Saxta sənədlərlə Kanadaya miqrant göndərən Rza Lamenin cinayətindən xəbər tutan yerli hökumət bu barədə Türkiyə təhlükəsizlik orqanlarını məlumatlandırıb və İstanbul polisi “Xəyalət”i yaxalayıb. Axtarışlar zamanı onun qaldığı evdən saxta pasport, diplom və viza çıxarmaq üçün qəribə cihazlar aşkarlayıb.

Türkiyə böyük təhlükə qarşısında:  2 min terrorçu...

10 Noyabr 2017 11:43

PKK terror qruplaşmasının Suriya qanadı hesab olunan YPG və PYD Türkiyənin əməliyyat keçirmək istədiyi Afrin bölgəsində döyüş hazırlıqlarına başlayıb. Son günlərdə Afrin istiqamətində gedən maşın karvanları terrorçuları silah, ləvazimat və əlavə döyüşçü ilə təmin edib. Məlumata görə, son bir həftə ərzində Afrinə 2 mindən çox terrorçu göndərilib. Terrorçulara göndərilən silahlar arasında raketlərin və bir sıra avtomobillərin üzərinə quraşdırılmış hava hücumundan müdafiə silahlarının olması diqqəti çəkib.

9 yeni dövlət yaranacaq: Yaxın Şərqin parçalanma planı

10 Noyabr 2017 11:36

ABŞ-ın nüfuzlu nəşrlərindən “Nyu York Tayms”ın 4 il əvvəl nəşr etdiyi xəritədə Yaxın Şərqdə 9 yeni dövlətin yaranacağı göstərilib.  “Yavaş-yavaş Yaxın Şərqin xəritəsi yenidən çəkilir” başlıqlı yazıda mövcud 5 dövlətin yerində 14 dövlətin necə yaranacağı təhlil olunub.

Rus ideoloq: Putinlə Ərdoğanın gizli Qarabağ razılaşması...

10 Noyabr 2017 11:34

Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə izn verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər.

Jirinovski: “Kataloniya müstəqil olmalıdır”

10 Noyabr 2017 11:31

Rusiya Liberal Demokrat Partiyası Kataloniyanın müstəqilliyini dəstəkləyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib.

ABŞ: Ər-Riyad bu blokadanı dərhal dayandırmalıdır

10 Noyabr 2017 11:29

ABŞ Səudiyyə Ərəbistanından Yəmən limanlarına kommersiya və humanitar gəmilərin maneəsiz girişinin təmin edilməsini tələb edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib. “Biz Yəməndə kommersiya və humanitar gəmilərin maneəsiz girişinə imkanların olduğuna əminik. Limanların bağlanması ciddi narahatlıq doğurur", - deyə bildirib.

Ərindən ayrılıb sevgilisiylə yaşayan qadını üçüncü kişi "oğurladı" -  Romantik gecədən şok xəbərlər

10 Noyabr 2017 11:23

Fransada həyat yoldaşından ayrılıb sevgilisiylə birlikdə yaşayan bir qadın üçüncü bir adamla eşq yaşaya bilmək üçün qaçırıldığını iddia edib. Fransada 25 yaşlı Sendi Gaillard üçüncü sevgilisiylə eşqbazlıq etmək üçün qaçırıldığını uydurub. Fransız qadın sevgilisinə mesaj göndərərək cinayətkarlar tərəfindən qara bir avtomobilin baqajında qaçırıldığını söylədikdən dərhal sonra təhlükəsizlik əməkdaşları axtarışa başlayıb. Fransanın cənubundakı Mende şəhərində 50 təhlükəsizlik işçisi və bir vertolyotun axtardığı qadın 24 saat sonra ortaya çıxıb. Təhlükəsizlik əməkdaşları isə qadında qaçırılma əlamətlərinə rast gəlməyib.

"Korrupsiya" - Braziliyada ilin sözü

10 Noyabr 2017 11:20

"Korrupsiya" Braziliyada ilin sözü seçilib. Məlumata görə, ölkə əhalisi arasında keçirilmiş sorğu bunu deməyə əsas verir. Bir neçə mərhələdə aparılmış sorğunun yekununda "korrupsiya" sözü reallığa daha uyğun olduğu üçün ilk yeri tutub - respondentlərin 37 faizi bu qənaətdədir.

Türkiyə ilə böyük müharibə BAŞLAYIR - Bir neçə ay DAVAM EDƏCƏK

10 Noyabr 2017 11:06

Suriyada İŞİD terror qruplaşmasının tam məğlub edilməsindən sonra ABŞ-ın növbəti hədəfinin Türkiyə olacağı gözlənilir.  “Yeni Şəfəq” nəşri xəbər verir ki, Suriyada İŞİD terror qruplaşmasının əlində olan torpaqların 96 faizini itirdiyini açıqlayan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hasekedə PKK/PYD-yə verdiyi silahları Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daşıyır.

Ermənistanın dövlət borcu artır

10 Noyabr 2017 11:04

Ermənistanın dövlət borcu daha 80 milyon avro artacaq. Bu barədə AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir. KİV-in əldə etdiyi məlumata qeyd olunur ki, Ermənistanın dövlət borcu son illər ərzində ilk dəfə oktyabr ayında cüzi azalıb. Bu, əsasən dolların dəyərinin artmasından asılı olub. Dollar müqabilində dövlət borcu azalsa da əksinə erməni dramı qarşılığında artıb. 

Rusiyada məhbusları aparan vaqon alışıb

10 Noyabr 2017 10:44

Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb. Məlumata görə, bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb. Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.

ABŞ Rusiya ilə müttəfiq olmağa hazırdır — Amerikanın şərti var

10 Noyabr 2017 10:42

“ABŞ Rusiya Federasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bunun üçün Amerika hökumətinə Rusiyanın bir sıra sahələrdə iş birliyinə hazır olması barədə zəmanət lazımdır”. Bu barədə Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) “Twitter” hesabında yazıb.  Onun sözlərinə görə, Rusiya ABŞ-a Şimali Koreya məsələsində sülhün bərqərar olması üçün çalışdığını, eləcə də, İŞİD terror təşkilatı ilə mübarizədə fəallığını və Suriyada vəziyyətin stabilləşməsində dəstəyini sübut etməlidir.