Dünya
Almaniya XİN başçısı: “Trampın siyasəti dünyada ciddi qeyri-sabitliyə səbəb olub”
"ABŞ prezidenti Donald Trampın siyasəti dünyada nəhəng qeyri-stabilliyə səbəb olub". Bu bəyanatla Almaniya xarici işlər naziri Ziqmar Qabriel yerli ZDF telekanalında çıxış edib.
"Yemək düşməniniz deyil, dostunuzdur" - Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı
Tanınmış fitness model insanları gün ərzində daha çox yemək yeməyə səsləyib.
Uşaq bağçasından 70 uşaq təxliyə olundu
Moskvanın şimal-şərqində uşaq bağçalarının birində 70 uşaq təxliyə olunub. Buna bağçanın binasında müşahidə olunan tüstülənmə səbəb olub. Hazırda hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.
Rusiyanın bu şəhərində fövqəladə vəziyyət elan olundu
Rusiyanın Buryatiya respublikasının Ulan-Ude şəhərində fövqəladə vəziyyət elan olunub. Buna su kollektorunda baş vermiş qəza səbəb olub. Qəza ilə əlaqədar şəhərdə 100 minə yaxın sakin susuz qalıb. Son məlumata görə, 500-ə yaxın yaşayış evinin, 50-yə yaxın sosial obyektin su təchizatı kəsilib.
İran-Suriya: Əməkdaşlığın yeni mərhələsi
Bəşər Əsədin ona qalib gəlməkdə yardım edən ölkələrə - Rusiya və İrana borcunu qaytarmaq istiqamətində atdığı addımlar haqqında xəbərlər gəlməkdədir. Suriyanın Rusiya və İranla milyardlarla dollar qiyməti olan müqavilələr bağlaması haqqında “Əlcəzirə” portalında məlumat verilib. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, Konfliktoloq Əlimusa İbrahimovun sözlərinə görə, təbii ki, bütün münaqişə və müharibələrin sonu olduğu kimi Suriyada baş verən vətəndaş müharibəsi və beynəlxalq siyasi münaqişənin sonu gec-tez gəlməli idi.
Suriyada sülh yaratma cəhdləri boşa çıxır
Rusiya Yaxın Şərqdə, xüsusilə Suriyada möhkəmlənmək, öz maraqlarını təmin etmək üçün müntəzəm olaraq müəyyən manevrlər edir, müxtəlif formatda görüşlər, toplantılar təşkil edərək bu ölkədə əsas fiqur olduğunu isbatlamağa çalışır. Kreml belə formatlardan birini yaxın günlərdə reallaşdırmağı düşünürdü. Məlumata görə, Rusiya Federasiyası noyabrın 18-də Soçidə Suriya xalqlarının konqresini təşkil etmək istəyirdi. Lakin müəyyən səbəblərdən həmin görüş ertələndi.
Amerika Rusiya və Hindistan arasında GƏRGİNLİK YARATDI
Rusiya və Hindistan arasında ciddi gərginlik yaşanıla bilər. Rusiyalı hərbiçilər hindistanlı həmkarlarının “dost”luqlarından şübhələnirlər. Belə ki, ötən həftə ABŞ Hərbi Dəniz Donanmasının nümayəndələri Hindistanda səfərdə olublar. Səfər zamanı hind həmkarları onları Rusiyada istehsal olunan 971И Şyuka (ЩУКА) layihəsi olan "Çakra " atom sualtı qayığını göstəriblər. Ziyarətdən xəbər tutan Rusiya hadisə ilə əlaqədar ciddi narahatçılığını ifadə edib. Belə ki, Rusiya Amerika nümayəndə heyyətinin üzvləri arasında yüksək səviyyəli hərbi mütəxəssilərin ola biləcəyindən, bununla da ABŞ- ın rus hərbi texnologiyaları ilə əlaqədar çox şey öyrənmələrindən narahatdır.
27 nəfər timsahlara YEM OLDU
Malayziyanın Sabah ştatında faciə baş verib. Belə ki, yaxınlıqdakı tikintidə çalışan fəhlə bazar günü balıq tutmağa gedib, ancaq geri qayıtmayıb. Onun bir neçə gün ərzində geri dönmədiyni görən yaxınları polisə xəbər veriblər.
Ermənistan ordusunda növbəti rüşvət faktı: hərbçilər üçün tikilən mənzillər pulla satılır
Ermənistan silahlı qüvvələrində neqativ hallar baş alıb gedir. Noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər hərbçilərə veriləcək. Xəbər sosial şəbəkələrdə böyük rezonans doğurub. Buna səbəb isə odur ki, həmin mənzillərə ermənistanlı hərbçilər yalnız rüşvət verməklə sahib ola bilərlər.
20 minlik qüvvə Rusiya sərhədlərinə göndərilir - ABŞ-dan YENİ PLAN
ABŞ ən yaxın günlərdə BMT-nin 20 minlik sülhməramlı qüvvəsinin Donbasda yerləşdirilməsi üzrə planı təklif edəcək. Bu haqda öz diplomatik mənbələrinə istinadən “The Wall Street Journal” yazıb. Bundan başqa, nəşrin məlumatına görə, Donald Tramp administrasiyası Ukraynaya ölümcül silahların çatdırılmasını bəyənib. Bura həmçinin, “Javelin” tank əleyhinə komplekslər də daxildir. Silahların çatdırmasının vaxtı haqqında qərar hələ qəbul edilməyib.
Afrika İttifaqı-Azərbaycan əməkdaşlığı genişlənir
Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının İqtisadi məsələləri üzrə komissarı Viktor Harrison və Sosial məsələləri üzrə komissarı Amira Elfadil ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, logistika, elm-texnika, təhsil, gənclər siyasəti, idman və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.
Məşhur rus yazıçısı vəfat etdi
Rusiyanın məşhur yazıçı-satiriki Mixail Zadornov 70 yaşında vəfat edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Yazıçının ölümü ilə bağlı rəsmi məlumat yayılmayıb.
İraqda kimsəsizlər evində olan 20-dək uşaq Bakıya göndəriləcək
“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır. Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə onları ölkəmizə göndərəcəyik”.
İrəvanda əsgərliyə getmək istəməyən tələbələr aksiya keçirir
Ermənistanın paytaxtı İrəvanda “Hərbi xidmət haqqında” yeni qanun layihəsinə qarşı etiraz edən tələbələrin aksiyası davam edir. İrəvan Dövlət Universitetinin əsas binasının qarşısına gələn tələbələr dərslərdə iştirak etməkdən imtina ediblər. “Elmin İnkişafı Naminə” təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: “ Sıralarımızı daha da gücləndirməliyik. Parlament bu gün “Hərbi xidmət haqqında” yeni qanun layihəsini müzakirə edəcək. Biz bu müzakirədə iştirak etməliyik”. Hazırda tələbələr İrəvan Dövlət Universitetinin bütün korpuslarından keçməklə yürüş edirlər. Aksiya artıq dörd gündür davam edir.
NASA Yerə bənzər peyk aşkarladı
Saturn planetinin Entselade peykində həyat üçün vacib olan şərait imkanları aşkarlanıb. NASA mütəxəssisləri bu peykdə canlı orqanizmin varlığı üçün mühüm imkanların olduğunu bildiriblər. “Cassini” kosmik aparatı vasitəsilə Entselade peykindəki şəraiti öyrənən mütəxəssislər burada hidrogen, karbondioksid, su buxarı, metan və digər qazlar aşkar ediblər.














