Dünya
ABŞ 50 il əvvəlki müharibənin məxfi görüntülərini yaydı - VİDEO
ABŞ Milli Arxiv İdarəsi Vyetnam müharibəsində çəkilən və daha sonra məxfiləşdirilən videoları yutubda dərc edib. Videolarda 1965-ci ilin martın ortalarında cəngəlliklər və yaşayış məntəqələrinin bombardmanı, həmçinin 1967-ci ilin oktyabrında Amerika helikopterlərinin hərəkətləri əksini tapıb.
Rusiya Azərbaycan xiyarını ölkəyə buraxmadı
Rusiya Azərbaycandan 52,5 tonluq kənd təsərüffatı məhsulunun gətirilməsinə qadağa qoyub. Bu barədə informasiyanı Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Mətbuat Xidməti yayıb. Kənd təsərrüfatı məhsullarının buraxılmamasına səbəb məhsulların Rusiyanın istədiyi tələblərə cavab verməməsi olub.
Ərəbistan İsrailə görə Fələstinə təzyiqi artırır
Səudiyyə Ərəbistanı Fələstin lideri Mahmud Abbasdan ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı sülh təşəbbüsünü qəbul etməsini tələb edib. Bu barədə Ramallahdakı mənbələrə istinadən İsrailin “İ24Nyus” telekanalı məlumat yayıb. Televiziya bunun qəbul edilməyəcəyi halda Ər-Riyadın Abbasın istefaya getməsini tələb edəcəyini bildirib.
Kreml Putin-Ərdoğan görüşündə hansı mövzuların müzakirə olunacağını açıqlayıb
Rusiya və Türkiyə prezidentləriVladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçidə görüşəcəklər. Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.
YUNESKO-ya yeni baş direktor təyin edildi
Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib. Onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.
ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirildi
ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib. Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.
Sərkisyanın məxfi planı: Kremlin adamı yox edilir
Ermənistan Baş naziri Karen Karapetyanın ətrafında xüsusi şəbəkə yaradılır. Bu barədə informasiyanı Ermənistanın “Çorord İnknişxanutyun” qəzeti yayıb. Qəzet şəbəkənin yaradılması barədə əmri Ermənistan Prezidenti Serj Sərkisyanın verdiyini bildirib: “Serj Sərkisyan ölkənin müxtəlif qurumlarına Karapetyana hücum etməyi, onun haqqında cəmiyyətdə pis fikir yaratmağı tapşırıb.
“Türkiyə və Rusiyanın birgə hərəkət etməsi münaqişənin həllinə təsir edə bilər”
“Rusiya və Türkiyə prezidentlərinin 13 noyabrda baş tutacaq görüşündə Suriya və İraq, YPG və PYD məsələsi, iqtisadi münasibətlərin danışıqlar mövzusu olmasını gözləyirəm”.
Səudiyyədəki həbslərin sensasion – Səbəbi
Səudiyyə Ərəbistanında baş verən son hadisələr zahirən ölkədaxili dəyişiklik təəssüratı bağışlasa da, əsl həqiqət başqadır. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.
İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb
İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb. Məlumata görə, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib. Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.
50 min il bundan əvvəl yaşamış aslan balası aşkarlandı
Yakutiyada yerli sakinlər 50 min əvvəl yaşamış mağara aslanının balasının donmuş cəsədi tapılıb. Aslan balasının vücudu və bədən üzvləri yaxşı vəziyyətdə qalması diqqət çəkib. Bala aslanın bədənində heç bir zədə izinə də rast gəlinməyib. Aşkarlanan aslan balasının bədəninin uzunluğu 45 sm, ağırlığı isə 4 kq - dır. Heyvanın hansı səbədən öldüyü hələki məlum deyil.
TRT – də yayımlanan cizgi filmində Atatürk SKANDALI
Türkiyənin TRT Uşaq kanalında Mustafa Kamal Atatürkə qarşı hörmətsizlik olub. Olaylar.az bildirir ki, kanalda yayımlanan “İstanbul Muhafızları” cizgi filmində mənfi obrazı hansı uşaqları incidiləcəyi siyahını digər qəhrəmana təqdim edir və o siyahıda Mustafa Kamal Atatürkün imzası da qeyd olunub. Uşaqların əlini bağlayan personaj daha sonra Mustafa Kamal Atatürkün imzasını göstərərək “Buna nə edim?” – deyir. Mənfi obraz cavabında “Onun əllərini bərk bağlamana gərək yoxdu. Onsuzda heç nə edə bilməyəcək” – deyir.
Nazarbayev ən böyük arzusunu açıqladı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib. O, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib.
Bağdadinin gizləndiyi yer bilindi
İŞİD lideri Əbubəkr Bağdadi Suriya ordusunun İŞİD-dən azad etdiyi Əbu Kamal vilayətində gizlənib.Bu barədə informasiyanı Hizbullah hərəkatı yayıb. Hərəkat Bağdadi haqqında başqa heç bir məlumat verməyib.
Rusiyada hərbi poliqonda partlayış olub, zabit və əsgər ölüb, xeyli hərbçi yaralanıb
Rusiyanın Zabaykalye diyarında yerləşən Tsuqol poliqonunda döyüş sursatının partlaması nəticəsində zabit və əsgər ölüb. Məlumata görə, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Hadisə nəticəsində daha bir zabit və 4 əsgər xəsarət alıb.














