Dünya
YUNESKO-ya yeni baş direktor seçildi
Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru vəzifəsinə seçilib. Onun namizədliyini YUNESKO Baş Konfransının iştirakçılarının böyük əksəriyyəti dəstəkləyib.
Xəzər kürüsü Nyu-Yorkun ən bahalı yeməkləri siyahısına düşüb
Nyu -Yorkda bir günlük yeməyə təxminən 7000 dollar xərcləməklə hansı ləziz təamları dadmaq mümkündür? Məlumata görə, "CNBC" Nyu-Yorkda bir gün üçün yeyilə biləcək ən bahalı yeməklərin siyahısını hazırlayıb. Siyahıda tərkibində Xəzər kürüsünün də olduğu pizza da yer alıb.
Maliyyə sektorunda kibercinayətlərin sayında artım müşahidə olunur
Avropa İttifaqının “Europol” polis təşkilatının rəhbəri Rob Ueynrayt maliyyə sahəsində kibercinayətlərin sayının artmasını bəyan edib. Onun sözlərinə görə, hər gün fırıldaqçı proqram təminatından istifadə edilməklə təxminən 4 min hücum həyata keçirilir, haker qruplaşmalarının texnoloji potensialı isə mühüm infrastruktur üçün təhlükə törətməyə başlayıb.
Dünyanın “ağıllı” şəhərləri reytinqi açıqlanıb
İsveçin “Easypark” informasiya texnologiyaları şirkəti dünyanın 500 şəhəri arasında tədqiqat apararaq texnoloji baxımdan inkişaf etmiş 100 şəhəri müəyyənləşdirib. Reytinqə görə, birinci yeri Kopenhagen şəhəri tutub.
“Samsung Galaxy S9” smartfonunun seriyalı istehsalına nə vaxt başlanacaq?
“Samsung Electronics” şirkətinin yeni qabaqcıl “Galaxy S9” smartfon modelinin seriyalı istehsalına başlama müddəti açıqlanıb. Sahə üzrə mənbələrə istinad edən “The Investor” nəşrinin məlumatına görə, “Samsung” şirkəti “Galaxy S9” smartfonunun kütləvi istehsalına 2017-ci ilin dekabrında başlayacaq. Bu isə o deməkdir ki, yeni qurğu əvvəlki modellər kimi, növbəti ilin əvvəlində təqdim oluna bilər.
“Uber” və “NASA” uçan taksilər şəbəkəsi yaradacaq
“Uber” şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksi aparatları şəbəkəsinin yaradılması haqqında saziş imzalanıb. “Uber” şirkətinin istehsal şöbəsinin direktoru Ceff Holdenin sözlərinə görə, saziş uçan taksilərin marşrutlarının tənzimlənməsi üçün proqram təminatının yaradılmasını nəzərdə tutur.
Bank kartı ölçüsündə smartfon təqdim olunub
“FutureModel” şirkəti Yaponiyada “Android” əməliyyat sistemli qeyri-adi “NichePhone-S” smartfonunu təqdim edib. Yeni qurğunun əsas fərqləndirici cəhəti onun adi bank kartı ölçüsündə olmasındadır. Qabaritləri 90 х 50 х 6,5 millimetrə bərabər smartfonun çəkisi 38 qram təşkil edir. “NichePhone-S” ilk növbədə geniş imkanlara malik kompakt rabitə vasitəsi arzulayan istifadəçilər üçün nəzərdə tutulub.
Alimlərdən xəbərdarlıq: Kontakt linzalar təhlükəlidir!
Nyu-York Universitetinin Tibb məktəbi alimləri yeni araşdırmalardan sonra belə qərara gəliblər ki, kontakt linzalarının taxılması ziyanlıdır. Araşdırmalar göstərib ki, kontakt linzaları gözün üzərində yaşayan mikroorqanizmlərin tərkibini dəyişir ki, bu da ciddi göz xəstəliklərinin inkişafına səbəb ola bilər.
"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur
“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib. Məlumata görə, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.
Planşetlər bazarının həcmi 5,4 faiz azalıb
“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satılmasını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır. Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək getdikcə yeni istifadəçiləri cəlb etməyin çətinləşməsini qeyd edirlər.
Ən çox satılan smartfonlar məlum olub
"Canalys" analitik şirkəti cari ilin üçüncü rübündə ən çox satılan smartfonları açıqlayıb. Tədarükə görə birinci yeri 13 milyon ədəd həcmində satılan "iPhone 7" modeli tutub. İkinci pillədə təxminən ikiqat fərqlə 7,9 milyonluq tədarük həcmi ilə "iPhone 6s" smartfonu qərarlaşıb. Sonrakı yerlərdə müvafiq olaraq 7,8 və 7,2 milyon tədarüklə nisbətən ucuz "Samsung Galaxy J2 Prime" və "Oppo A57", eləcə də təkmilləşdirilmiş "Oppo R11" modelləri qərarlaşıb.
"Ceyms Bond"un sevgilisi dünyasını dəyişdi
1967-ci ildə çəkilən "Agent 007" filmindən tanınan aktrisa Karin Dor dünyasını dəyişib. Filmdə Ceyms Bondun sevgilisi obrazını canlandıran almaniyalı aktrisa 79 yaşında vəfat edib. O, Münhendəki qocalar evində dünyasını dəyişib.
Lavrov: "Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik"
"Biz Trampın Putinlə görüşmək istəyi ilə bağlı bəyanatını eşitmişik. Lakin ABŞ prezidentinin səlahiyyətlilərinin məslə ilə bağlı nə dediklərini bilmirəm. Bunu onların özlərindən soruşun". Bunu Rusiya XİN başçısı Sergey Lavrov "Rossiya-24” kanalına Rusiya və ABŞ prezidentlərinin Vyetnamda keçirilən sammit çərçivəsində görüşü ilə bağlı sualı cavablandırarkən deyib.
Çində iki min illik hamam tapıldı
Çində aparılan arxeoloji qazıntılar zamanı qədim dövrdən qalma hamam tapılıb. Dördbucaqlı formda olan hamamların divarları və bünövrəsi kərpicdən inşa edilib. Xarab olmadan bu günə qədər qalan 3 hamam Qin dövlətinin paytaxtı Yüeyanqda tapılıb.
İcra başçısının evini soydular — Almaniyada
Almaniyanın Saarland vilayətinin icra başçısı Annegret Kramp Karrenbauerin evi talan edilib. 55 yaşlı icra başçısının iki mərtəbəli həyət evinə soxulan şəxsiyyəti naməlum oğru və ya oğrular evi soyublar. Bütün otaqları ələk-vələk edən oğrular pul və zinət əşyaları aparıblar. Oğruların sənəd aparıb-aparmadıqları məlum deyil.














