Dünya

Tramp Kim Çen Inla dost olmaq istəyir

12 Noyabr 2017 10:30

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla dostlaşmağa çalışdığını bildirərək, buna nə vaxtsa nail olacağına ümid etdiyini söyləyib. D.Tramp bu barədə “Twitter” hesabında yazıb.

“Apple”-dən Ayfon etirafı - SOYUQDA İŞLƏMİR

12 Noyabr 2017 10:29

“Apple” şirkəti Ayfon X-lə bağlı etiraf edib. Şirkət etirafında soyuq havalarda istifadəçinin barmaq izlərinə reaksiya vermədiyini qəbul edib. Artıq sifarişçilərdən ilk etirazlar gəlib. Belə ki, sıfır dərəcə soyuqda açıq havada Ayfon X-ın 2 saniyə barmaq izinə reaksiya vermədiyini bildirilir. Şirkət bununla bağlı araşdırma apardıqlarını bildirib.

Taksiyə mindi, 18 min avro borcla düşdü

12 Noyabr 2017 10:27

Avstraliyada taksi sürücüsü qəribə iddia ilə gündəmə gəlib. Almaniya mediasında yayımlanan xəbərə görə sürücünün dedikləri hər kəsi təəccübləndirilib. Belə ki, Vyanadan olan 47 yaşlı taksi sürücüsü oktyabr ayının əvvəlində Monakoda bir müştərinin onu Fransanın Nitsa şəhərinə aparmasını istəyib. Oradan Belçikanın paytaxtı Brüsselə getmək istəyib. Daha sonra isə müştəri Londona getmək istədiyini deyib, oradan Slovakiyanın Jilina şəhərinə gediblər. Oradan isə Almaniyanın şimalındakı Reyn Vestfaliya əyalətində Bad Münstereifel şəhərinə gediblər.

34 həbsxanada qiyam

12 Noyabr 2017 10:23

Braziliyanın yeddi bölgəsində yerləşən 34 həbsxanasında son 2 gün ərzində qiyam başlayıb. Bir çox həbsxanada qiyamı yatırtmaq mümkün olub. Ən ciddi qiyam Parana ştatında olan həbsxanada baş verib. Burada qiyamın qarşısı alınarkən 2 məhbus həlak olub.

İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlandı

12 Noyabr 2017 10:21

İraq hərbçiləri Kərkükdə ABŞ-ın keçmiş hərbi bazasının yerləşdiyi yerdə İŞİD terror qruplaşmasınn qurbanlarının kütləvi məzarlığını aşkar ediblər.

Məşhurların şəxsi təyyarələri - FOTOLAR

12 Noyabr 2017 10:19

Şəxsi təyyarələr müvəffəqiyyətin elitar səviyyəsi hesab olunur. Bəli, özəl təyyarən varsa, bu, nəticə etibarı ilə sərvətin simvoludur. Etiraf edək ki, hamımız şəxsi təyyarəmizin olmasını arzulayırıq. Və istəyirik ki, səmada süzəndən sonra hansısa mənzərəli adaya gedək, orada istirahət edək. Təbii ki, maliyyə cəhətdən elə də zəngin olmayan bizlərin arzu etdikləri bəziləri üçün əlçatandır. Onlar üçün dəbdəbəli şəxsi təyyarələrdə uçmaq adi bir şeydir – söhbət dünyada tanınmış və çox qazanan insanlardan gedir.

Bələdiyyə sədrləri ayağa qalxdı - Cümə namazları ləğv edilsin -  Azan himnlə əvəzləndi

11 Noyabr 2017 16:36

Fransada bələdiyyə sədrləri küçədə namaz qılmağın dünyəviliyə zidd olduğunu irəli sürərək müsəlmanların Cümə namazını qılmasını əngəlləməyə çalışıb. Namaz qılanları yayındırmaq üçün də namaz ərəfəsindən Fransanın milli himnini oxunub.  Parisin şəhərətrafı Clichy bölgəsindəki məscidin mart ayında bir bağlandığına görə məscidin camaatı təxminən 8 aydır ki, hər cümə günü bələdiyyə binası qarşısında namaz qılmağa başlayıb. Camaata reaksiya göstərən Clichy Bələdiyyəsinin sədri Remi Muzeau Parisdəki digər bələdiyyə sədrləri ilə birlikdə hüquqi dövlətin Respublikaçı Dünyəviliyini qorumaq məqsədi ilə namaz qılanlara etiraz etdiklərini bildiriblər. Çox sayda vətəndaşın da iştirak etdiyi etiraz aksiyasında “Fransa dünyəvidir” şüarları atılarkən milli marşlar da oxunub.

İŞİD bu ölkəyə 100 milyard dollar zərər vurub

11 Noyabr 2017 16:14

İraq İŞİD terror qruplaşmasına qarşı müharibədə ən azı 100 milyard dollar itirib. Bu haqda İraqın baş naziri Heydər əl-İbadi jurnalistlərə bildirib. Baş nazir əlavə edib ki, terrorizm ideoloji problem olaraq qalır.

Bu şəxslərin pensiyaları azaldılacaq - QANUN LAYİHƏSİ

11 Noyabr 2017 13:18

ABŞ Konqresində sabiq prezidentlərə ödənilən pensiyaların ölçüsünün ildə 200 min dollara qədər məhdudlaşdırılması təklif edilib. Bu haqda “Washington Examiner” nəşri bildirib. Təşəbbüs yalnız pensiya ödəmələrinə toxunmur. Qanun layihəsinin təşəbbüskarı, respublikaçı Codi Xays həmçinin onların ofisləri və əməkdaşlarının maaşları üçün ayılan pulun tədricən azaldılmasını təklif edib.

Avropada insanları radiodan İŞİD-ə qoşulmağa çağırdılar

11 Noyabr 2017 13:01

İsveçin “Mix Megapol” radiostansiyasının efiri yarım saat ərzində İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən ələ keçirilib. Minlərlə isveçli İŞİD-in sıralarına daxil olmağa çağıran təbliğatçılıq mahnısını dinləyib. Məlumata görə, “The Sake Of Allah” mahnısı yarım saat ərzində efirdə olub və on dəfə təkrarlanıb.

Arvadını qumarda uduzdu, həmin şəxsi öldürdü

11 Noyabr 2017 12:53

Həbsxanadan azad olmuş kişi əvvəlcə arvadın məşuqunu döydü, sonra onu meşə zolağına çıxartdı. Odessa vilayətində polis arvadını qumarda uduzan kişini, uduzduğu adamı öldürdüyünə görə həbs edib.

Antiazərbaycan mövqeli deputat Avstraliya parlamentini tərk etdi

11 Noyabr 2017 12:45

Avstraliyanın baş naziri Con Törnbullun hökumətinin deputatı Con Aleksandr istefa verib. Bu barədə Trend Avstraliyanın “news.com.au” saytına istinadən məlumat yayıb.