Dünya
Flippin lideri Trampa mahnı oxudu
DİQQƏT! Yaxın saatlarda bölgədə 7,5 bal gücündə növbəti zəlzələ olacaq
Yeni prezident seçildi - Sloveniyada
Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Bu barədə ölkənin Dövlət Seçki Komissiyası bildirib.
“Facebook”da peyğəmbəri təhqir etdi- Yaşadığı kəndi yandırdılar
Banqladeşin Thakurbari adlı kəndinin sakini “Facebook”da Məhəmməd peyğəmbəri təhqir edib. Bundan qəzəblənən 20 minə yaxın insan etiraza qalxaraq, həmin şəxsin yaşadığı kəndi yandırıb.
Zəlzələ qurbanlarının sayı 141 nəfərə çatdı, 1000-dən çox yaralı var - YENİLƏNDİ
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb. Bu barədə “Fars” agentliyi xəbər verib. İraq ərazisində 6 nəfər təbii fəlakət qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.
ABŞ tarixinin ən gənc siyasətçisi türk oldu – Foto
Türkiyəli 19 yaşlı universitet tələbəsi Hacıbəy Çatalbaşoğlu ABŞ-da bələdiyyə məclisi üzvlüyünə seçilib. O, bu ölkə tarixində ən gənc siyasətçi titulunu əldə edib. H.Çatalbaşoğlu ABŞ bələdiyyə seçkilərində Konnektikut ştatına daxil olan Nyu Haven şəhər bələdiyyə məclisi üzvlüyünə Demokrat Partiyasının 3-cü sıradan namizədi olub.
Bu cizgi filmlərini uşaqlarınıza izlətməyin:İntim səhnələr var - FOTOLAR
İnternetin ən böyük platforması “YouTube”da cizgi filmi personajlarının intim, şiddət və ya uyğunsuz görüntüləri üçün yaş sıralamasının aparılmasına ehtiyac olduğu məlum olub. Misal olaraq “Hörümçək adam” cizgi filmində Elsa presonajının silah istifadə etməsi göstərilib.
Evi cadudan təmizləməyin yolları - FOTOLAR
Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var. Evi mənfi enerjidən təmizləməyin bir neçə yolunu təqdim edirik: Təmizlik
Kərkük nefti İrana qismət oldu
Kərkükdən İrana gündə 30-60 min barel neft satılacaq. Bağdad və Tehran arasında gündə 30-60 min barrel neft satışını nəzərdə tutan razılaşma imzalanıb. İraqın neft naziri Cabbar Luaybi bu xəbəri təsdiqləyib. Nazir deyib ki, tərəflər arasında boru xətti çəkildikdən sonra İrana satılan neftin həcmi artırılacaq.
Rza Zərrabın azad edildiyi iddia olunur
R.Zərrab ABŞ Həbsxanalar Bürosunun saytında yenidən “azadlığa buraxıldı” statusunda göstərilib. Biznesmenin noyabrın 8-də həbsdən azad edildiyi və “ağdərili kişi” məlumatı sistemdə qeyd olunub. Nyu York Cənub Region Prokurorluğu tərəfindən isə saytda qeyd olunan məlumatların texniki səhv olduğu və məsələnin araşdırılacağı bəyan edilib.
Marsda şumerlərin yazısı olan disk tapıldı - VİDEO
Dünya alimləri tez-tez Marsın ölü planet olmaması haqda fikirlər dilə gətirirlər. Bu gün bir xeyli araşdırmaçı, tədqiqatçı etiraf edir ki, Qırmızı planetdə həyat olub, hətta bəlkə indi də davam edir. Həm də söhbət hansısa bakteriyalardan deyil, bizdən dəfələrlə inkişaf etmiş şüurlu varlıqlardan gedir.
“Mardan Palace” qarət olundu
Naməlum şəxslər Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov tərəfindən 2009-ci ildə Antaliyada inşa edilən “Mardan Palace” hotelindəki qızıl örtüklü dekorativ elementləri oğurlayıblar. Bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.
İraqda İŞİD müftisi öldürüldü
İŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb . Hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.
40 deputat Tereza Meyin istefasına qarşı çıxmağa hazırdır
Britaniya parlamentinin 40 üzvü "Brexit" üzrə danışıqlar fonunda ölkənin baş naziri Tereza Meyə etibar etməmək barədə bəyanat imzalamağa hazırdır. Hazırda baş nazirin istefa prosesinə başlamaq üçün parlament üzvlərdən cəmi 8-nin imzası qalıb.
Rusiyada mənzildə yanğın nəticəsində 7 nəfər xəsarət aldı
Rusiyanın Anadır şəhərində, mənzillərin birində güclü yanğın baş verib. Bu haqda Rusiyanın İK istintaq idarəsinin mətbuat xidməti xəbər verib. Yanğın nəticəsində mənzildə olan 7 nəfər xəsarət alıb. Onların arasında 1 qadın və 2 uşaq var. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.







.jpg)





