“Mardan Palace” qarət olundu

Naməlum şəxslər Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov tərəfindən 2009-ci ildə Antaliyada inşa edilən “Mardan Palace” hotelindəki qızıl örtüklü dekorativ elementləri oğurlayıblar. Bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.

Naməlum şəxslər Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov tərəfindən 2009-ci ildə Antaliyada inşa edilən "Mardan Palace" hotelindəki qızıl örtüklü dekorativ elementləri oğurlayıblar. Bu barədə Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, "Mardan Palace" hotelinə borcları ödəmədiyi üçün payızda elektrik enerjisinin verilişi dayandırılıb. İşçilər hotelin ərazisini tərk edib və siqnalizasiya söndürülüb.

Bundan istifadə edən oğrular gecə saatlarında ən azı 7 ədəd qızıl örtüklü dəmir hasarı və bağçılıq dekorasiyalarını oğurlamağa müvəffəq olublar.

Qeyd edək ki, 7 ulduzlu "Mardan Palace" hoteli T.İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilib. Açılış mərasimində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, aktyorlar Riçard Gir, Şeron Stoun, Monica Belluççi və digər tanınmış şəxslər iştirak ediblər. Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31