ABŞ tarixinin ən gənc siyasətçisi türk oldu – Foto
Türkiyəli 19 yaşlı universitet tələbəsi Hacıbəy Çatalbaşoğlu ABŞ-da bələdiyyə məclisi üzvlüyünə seçilib. O, bu ölkə tarixində ən gənc siyasətçi titulunu əldə edib. H.Çatalbaşoğlu ABŞ bələdiyyə seçkilərində Konnektikut ştatına daxil olan Nyu Haven şəhər bələdiyyə məclisi üzvlüyünə Demokrat Partiyasının 3-cü sıradan namizədi olub.
12 Noyabr 2017 16:51 DünyaTürkiyəli 19 yaşlı universitet tələbəsi Hacıbəy Çatalbaşoğlu ABŞ-da bələdiyyə məclisi üzvlüyünə seçilib. O, bu ölkə tarixində ən gənc siyasətçi titulunu əldə edib.
H.Çatalbaşoğlu ABŞ bələdiyyə seçkilərində Konnektikut ştatına daxil olan Nyu Haven şəhər bələdiyyə məclisi üzvlüyünə Demokrat Partiyasının 3-cü sıradan namizədi olub.
19 yaşlı tələbə ABŞ-ın ən güclü universitetlərindən olan Yel Universitetində politologiya üzrə təhsilini davam etdirir.
H.Çatalbaşoğlu əslən Türkiyənin Giresun şəhərindən olan ailənin övladıdır.
Teleqraf.com