ABŞ Rusiya ilə müttəfiq olmağa hazırdır — Amerikanın şərti var

“ABŞ Rusiya Federasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bunun üçün Amerika hökumətinə Rusiyanın bir sıra sahələrdə iş birliyinə hazır olması barədə zəmanət lazımdır”. Bu barədə Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) “Twitter” hesabında yazıb.  Onun sözlərinə görə, Rusiya ABŞ-a Şimali Koreya məsələsində sülhün bərqərar olması üçün çalışdığını, eləcə də, İŞİD terror təşkilatı ilə mübarizədə fəallığını və Suriyada vəziyyətin stabilləşməsində dəstəyini sübut etməlidir.

"ABŞ Rusiya Federasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bunun üçün Amerika hökumətinə Rusiyanın bir sıra sahələrdə iş birliyinə hazır olması barədə zəmanət lazımdır". Bu barədə Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) "Twitter" hesabında yazıb.  Onun sözlərinə görə, Rusiya ABŞ-a Şimali Koreya məsələsində sülhün bərqərar olması üçün çalışdığını, eləcə də, İŞİD terror təşkilatı ilə mübarizədə fəallığını və Suriyada vəziyyətin stabilləşməsində dəstəyini sübut etməlidir.

"ABŞ Rusiya ilə terrorla mübarizədə, KXDR məsələsilə bağlı və Suriyada vəziyyətin stabilləşməsi baxımından əməkdaşlıq etməyə hazırdır. Lakin Rusiya bu sahələrdə ABŞ-ın etimadını qazanmalıdır", - deyə Hezer Nauert bildirib. Departament rəsmisi əlavə edib ki, Rusiya bu sahələr üzrə fəaliyyətində müsbət nəticələr göstərərsə, ABŞ onlarla müttəfiq belə olmağa hazırdır. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31