Dünya
Taylandda 6 nəfər seldə öldü - Yağış dayanmır...
Taylandda noyabrın 25-dən yağmağa başlayan aramsız yağışlar fəsadlara yol açıb. Məlumata görə, Taylandın Təbii fəlakətlərin aradan qaldırılması Departamentinin direktoru Çayyapxon Txitxisak daşqınlar nəticəsində 6 nəfərin ölməsi faktını təsdiqləyib. Onun sözlərinə görə, daha 385 nəfər sel sularından ziyan çəkib.
Ermənistan nümayəndə heyəti QDİƏT PA-nın iclasını tərk etdi
Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib. Məlumata görə, onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək” barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.
Fransa prezidenti Ermənistana gələcək
Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edəcək. Bu barədə Fransanın Yerevandakı səfiri Jonatan Lakot Ermənistanın iqtisadiyyat və sərmayə naziri Suren Karayanla görüşdə məlumat verib.
Türkiyə-ABŞ münasibətlərində gərginliyi artıracaq NÖVBƏTİ QƏRAR
ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.
Atlantik okeanı coşdu - 6,7 bal gücündə zəlzələ
Atlantik okeanının mərkəzi hissəsində Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti bu barədə xəbər yayıb. Məlumata görə, zəlzələnin episentri okeanın 10 kilometr dərinliyində Braziliya ilə Qərbi Afrika arasında yerləşən regionda qeydə alınıb. Təkanlar nəticəsində sunami təhlükəsi barədə hələ məlumat verilməyib.
Saakaşvili həbs tarixini və “maddə”sini açıqladı
Ukrayna Prezidenti Pyotr Poroşenko mənim həbsimi sifariş edib. Bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili paylaşıb.
Kişilər MÜTLƏQ OXUSUNLAR - Alimlərin YENİ KƏŞFİ
Alimlər kişilərin ən böyük problemlərindən biri olan "saç tökülməsi"nin qarşısını almaq üçün maraqlı üsul kəşf ediblər. Koreyalı alimlər və mütəxəssislərdən ibarət bir qrup müəyyən yaşdan sonra kişilərdə saç tökülməsinə səbəb olan iki növ zülal maddələr qrupunun olduğunu iddia edirlər.
Bəy atası oğlunu və gəlinini öldürdü - Qəribə səbəb
Pakistanda yeni ailə quran cütlük öldürülüb. Pakistanda yeni ailə quran 24 yaşlı Abdul Hadi ilə 19 yaşlı Hasina Bibi ailələrinin razılıqları olmadan evləndiklərinə görə qətlə yetiriliblər. Polisin verdiyi məlumata görə, cinayətlə bağlı 10 nəfər saxlanılıb. Hadisə Pakistanın liman şəhəri olan Karaçinin cənubunda baş verib.
ABŞ Rusiyanı bu yolla çökdürür - Lavrov
Vaşinqton özünün antirusiya siyasətini Avropa ölkələrinin hesabına həyata keçirir. Bunu İtaliyanın “Libero” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. “Bu gün aydındır ki, Vaşinqtondan alınan göstəriş əsasında Brüssel bürokratlarının başlatdığı sanksiyalar Avropanın yerli istehsalçılarına zərbə vurub. Onlar Rusiya bazarında öz mövqelərinin bir hissəsini itiriblər və böyük zərərlərə məruz qalmaqda davam edirlər. Amerika isə zərərə məruz qalmayıb. Belə çıxır ki, antirusiya hədəflərini Amerika elitası avropalıların hesabına gerçəkləşdirmək istəyir”, - Lavrov bildirib.
Rusiyanın RT telekanalı Konqresdən çıxarıldı
Rusiynın Russia Today (RT) telekanalının ABŞ Konqersindəki müxbirlərinin akkreditasiyası ləğv olunub. Bunu ABŞ Konqresi nəzdindəki Radio və Televiziya Müxbirlərinin İcraiyyə Komitəsinin sədri Kreyq Keplen deyib.
Putin Sarkisyanın onu satmasına niyə göz yumdu? – ŞOK SƏBƏBLƏR
Ermənistan Rusiyanın iradəsinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzaladı. Halbuki, Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqına üzv ölkənin əks cəbhə ilə anlaşması suallar yaradır. Xüsusilə Rusiyanın buna niyə göz yumduğu maraqlıdır.
Daha bir ölkə evtanaziyanı qanuniləşdirdi
Avstraliya ölümcül xəstəliyə yoluxan insanların tibbi yollarla könüllü olaraq öldürülməsini (Evtanaziya) qanuniləşdirib. Avstraliyanın Viktoriya bölgəsi ölkədə evtanaziyanı qanuniləşdirən ilk əyalət olub. Əyalətin baş naziri Daniel Endryus evtanaziyanı dəstəkləməyə keçən il atasını itirəndən sonra başlayıb. O, evtanaziyanın qanuniləşdirilməsi gününü şəfqət, islahat, ölümcül xəstələrə öz həyatlarına nəzarət etmək şansı verilən gün kimi dəyərləndirib. Əyalətin səhiyyə naziri isə tvitter hesabından “Zəfər! Şəfqətli bir əyalətik” sözlərini paylaşıb.
Moskvada boru partladı, 8 nəfəri qaynar su yandırdı
Moskvada istilik sistemində qəza 5 nəfəri xəstəxanalıq edib. Bu barədə paytaxt fövqəladə xidməti xəbər yayıb. Məlumata görə, qaynar su borusunun partlaması nəticəsində ümumilikdə 8 nəfər müxtəlif yanıq xəsarətləri alıblar.
Banqladeş də AES-ə sahib olacaq - Rusiyanın köməkliyi ilə
Bu gün Banqladeşdə ilk Atom Elektrik Stansiyasının (AES) beton təməli qoyulub. Məlumata görə, "Ruppur" AES-in ilk beton təməli 1 saylı enerji bloku üçün qoyulub. AES Banqladeşin Pabna mahalında inşa edilir. Stansiyanın inşası Rusiyanın köməyi ilə aparılacaq.
“Kəllə ovçuları” üçün 3 TABOR - Qərbin qurduğu şəbəkə barədə ŞOK İDDİALAR
Bütün Qərb ölkələri, xüsusilə ABŞ, Böyük Britaniya və Almaniya PYD/PKK terrorçularına dəstək verir. ABŞ-ın Texas ştatı isə terrorçuların toplama düşərgəsi kimi fəaliyyət göstərir.














