Dünya

Türk Silahlı Qüvvələrinin İraqda uğurlu əməliyyatı

30 Noyabr 2017 11:49

Türk Silahlı Qüvvələrinin İraqın çimalında yerləşən Asos vilayətində hava əməliyyatları zamanı 80-dən çox terrorçu zərərsizləşdirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı çoxlu sayda terrorçuların yaralandığı da bildirilir.

"Ayfon 6" aldı, qutusunu açanda ŞOK OLDU - VİDEO

30 Noyabr 2017 11:46

ABŞ-da "Black Friday" (Qara cümə) endirimlərində qalmaqallı hadisə baş verib. Belə ki, 28 yaşlı Culiya adlı qadın "Ayfon 6" smartfonu sifariş edib, lakin evə gələndə gördüyü mənzərə qarşısında şoka düşüb.

“Bircə yol qalıb ki, xalq acından ölsün” - BMT Təhlükəsizlik Şurasında FÖVQƏLADƏ İCLAS

30 Noyabr 2017 11:18

Şimali Koreyanın ötən gecə növbəti raket sınağını keçirməsi ilə Koreya yarımadası ətrafında vəziyyət daha da gərginləşdi. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket “Xvason-15” adını alıb.

Yeni orientasiya peyda olur: Dijiseksual

30 Noyabr 2017 11:15

Kanadalı alimlər yaxın gələcəkdə yeni orientasiya növünün yaranacağını iddia ediblər. Onların fikrincə insanların çoxu təxminən 1 neçə il sonra cinsi istəklərini texnologiya vasitələri ilə təmin edəcəklər. Robotlara meyl edəcək insanlar isə Dijiseksualhesab olunacaqlar.

Azərbaycan və Türkiyə bayraqları ilə döyüşə - "Savaşçı"nın yeni fraqmanı - VİDEO

30 Noyabr 2017 11:10

Türkiyənin “FOX” telekanlında yayımlanan “Savaşçı” serialının 23-cü bölümünün yeni fraqmanı yayımlanıb. Yeni bölümdə “Kılıç” manqası terrorçular tərəfindən əsir götürülən azərbaycanlı mühəndisləri xilas etmək üçün əməliyyata yollanacaq.

Qəlbləri titrədən görüntülər – Şəhidin ömrünün son anları- VİDEO

30 Noyabr 2017 11:04

Həzrət Zeynəbin hərəmini terroristlərdən qoruyan zaman ağır yaralanmış Həmzənin ömrünün son anları ilə bağlı video yayılıb. Sosial şəbəkələrdə minlərlə dəfə izlənilən bu videoda şəhid ağır yaralı olmasına baxmayaraq, gülümsəyir, dostları ilə qısa söhbətləşir və aram səslə zikr edir. Minlərlə sosial şəbəkə istifadəçisi videoya şərh yazaraq bu hərəm müdafiəçisinə “şəhadətin mübarək” söyləyib.

ABŞ dünya ölkələrinə səsləndi: Şimali Koreya ilə bütün əlaqələri kəsməliyik

30 Noyabr 2017 10:58

İtaliyanın BMT Təhlükəsizlik Şurasına sədrlik edən daimi nümayəndəsi Sebastyano Kardi KXDR-in növbəti raket sınağını pisləyib. Dünən keçirilən iclasda BMT-nin Təhlükəsizlik Şurası Pxenyanı sərt tənqid edib: “Rəsmi Pxenyanın son addımı təxribatçı xarakter daşıyır. Biz bu təxribatçılığı kəskin surətdə pisləyirik". S.Kardi onu da əlavə edib ki, fövqaladə keçirilən iclasda danışılan mövzuların yekunu ilə bağlı mətbuata heç bir bəyanat və ya açıqlama verilməyəcək.

Məşhur rejissor Nuri Bilgə Ceylan Diyarbakırda hücuma məruz qaldı

30 Noyabr 2017 09:55

Məşhur türkiyəli rejissor Nuri Bilgə Ceylan Diyarbəkirdə oğruların hücumuna məruz qalıb. Olaylar.az bildirir ki, oğru rejissorun 10 min dollar dəyərində olan fotoaparatını ələ keçiriblər. Bu haqda polisi məlumatlandıran rejissorun fotoaparatı, həmin  gün tapılaraq sahibinə təslim edilib. Rejissorun fotoaparatını ələ keçirən oğru polis tərəfindən saxlanılıb.

Hökümət istefaya yollanır

30 Noyabr 2017 09:43

Çexiyanın baş naziri Boquslav Sobotkanın rəhbərlik etdiyi hökumət istefaya yollanıb. Yeni hökumət oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələri əsasında ölkə prezidenti Miloş Zeman tərəfindən dekabrın 13-də təyin olunacaq.

Məhkəməyə ayağı qandallı gətirilən Rza Zərrabdan ETİRAF

30 Noyabr 2017 09:41

ABŞ-da məhkəmə prosesi davam edən Rza Zərrab 3-cü vətəndaşlığı olduğunu açıqlayıb. Azərbaycan əsilli iş adamı İran və Türkiyə ilə yanaşı, Makedoniya vətəndaşı olduğunu etiraf edib. R.Zərrab dünən Türkiyənin “Xalqbank” bankının sədr köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılıb.

Sürət qatarı relsdən çıxdı

30 Noyabr 2017 09:12

İsveçrənin Bazel şəhərində sürətli qatarın bir neçə vaqonu relsdən çıxıb. Bu barədə Almaniyanın "Deutsche Bahn" dəmiryolu konserni məlumat yayıb.

Peyğəmbərin təsviri olan reklam qadağan edildi

30 Noyabr 2017 09:08

ABŞ-da avtobusların üzərinə İsa peyğəmbərin (ə) təsviri olan reklamın yerləşdirilməsi qadağan edilib. Vaşinqton, Merilend və Virciniya ştatları üzrə 1500 avtobusu idarə edən Vaşinqton Tranzit Daşımalar Mərkəzi (VTDM) bu addımını reklamın dini təbliğat xarakteri daşıması ilə əsaslandırıb.