ABŞ dünya ölkələrinə səsləndi: Şimali Koreya ilə bütün əlaqələri kəsməliyik
İtaliyanın BMT Təhlükəsizlik Şurasına sədrlik edən daimi nümayəndəsi Sebastyano Kardi KXDR-in növbəti raket sınağını pisləyib. Dünən keçirilən iclasda BMT-nin Təhlükəsizlik Şurası Pxenyanı sərt tənqid edib: “Rəsmi Pxenyanın son addımı təxribatçı xarakter daşıyır. Biz bu təxribatçılığı kəskin surətdə pisləyirik". S.Kardi onu da əlavə edib ki, fövqaladə keçirilən iclasda danışılan mövzuların yekunu ilə bağlı mətbuata heç bir bəyanat və ya açıqlama verilməyəcək.
30 Noyabr 2017 10:58 Dünyaİtaliyanın BMT Təhlükəsizlik Şurasına sədrlik edən daimi nümayəndəsi Sebastyano Kardi KXDR-in növbəti raket sınağını pisləyib. Dünən keçirilən iclasda BMT-nin Təhlükəsizlik Şurası Pxenyanı sərt tənqid edib: "Rəsmi Pxenyanın son addımı təxribatçı xarakter daşıyır. Biz bu təxribatçılığı kəskin surətdə pisləyirik". S.Kardi onu da əlavə edib ki, fövqaladə keçirilən iclasda danışılan mövzuların yekunu ilə bağlı mətbuata heç bir bəyanat və ya açıqlama verilməyəcək.
Xatırladaq ki, keçən gün Şimali Koreya "Xvason-15" qitələrarası ballistik raketini sınaqdan keçirərək onun ABŞ-ın istənilən ərazisinə çatmağa qadir olduğunu elan etmişdir. ABŞ-da öz növbəsində Şimali Koreyanın sonuncu ballistik raket sınağından sonra dünya ölkələrinə səslənərək Şimali Koreya ilə mövcud əlaqələri sonlandırmaq lazım olduğunu dilə gətirib. Bunu ABŞ -ın BMT-dəki rəsmi nümayəndəsi Nikki Heyli deyib. O qeyd edib ki, Şimali Koreyanı dayandırmağın ən məqbul yolu budur: "Biz bu gün Şimali Koreya ilə bütün əlaqələri kəsməliyik". Bundan əlavə daimi nümayəndə bildirib ki, Şimali Koreya BMT-də səs hüququndan məhrum edilməlidir. Publika.az