Dünya

Xanımlara XƏBƏRDARLIQ: Dikdaban ayaqqabı geyməyin!

29 Noyabr 2017 20:05

Qadınların hər zaman hansı ayaqabı formasına önəm verməsi, daha çox hansı marka ayaqqabılara üstünlük verməsi hər zaman müzakirə mövzusu olub. Sözsüz ki, burada zövqlə yanaşı, sağlamlıq da önəmli yer tutur.

Yəhudi alimlər: Şokoladlı desert arıqlamağa kömək edir

29 Noyabr 2017 19:57

Alimlər, arığlamağla bağlı daha bir resept barədə fikir irəli sürüblər. Onların fikrincə şokoladlı desert bu məsələ olduqca təsirli yer tutur. Fəqət, bir şərtlə: şokolad səhər saatlarında həzmi-rabedən keçirilməlidir, çünki məhz həmin vaxt metabolizm daha aktiv olur, orqanizm sonradan gün ərzində "emal" edə biləcəyi kaloriləri alır. "The Telegraph" bildirir ki, tərkibində protein və karbohidratlar olan səhər seməyinə şirniyyat da əlavə olunarsa, sonradan desert yeməyə həvəs qalmır.

Britaniyalı kosmetoloq: Kompüter üzdə qırışlar yaradır

29 Noyabr 2017 19:50

Üzün vaxtından qabaq qocalmasının səbəblərindən biri də kompüter arxasında işləməkdir. Bu barədə britaniyalı kosmetoloq həkim Maykl Preyger deyib. Onun sözlərinə görə, pasiyentləri arasında kompüterin monitoru qarşısında oturan qadınların üzündə vaxtsız qocalma əlamətlərini daha çox müşahidə edib.

Şəkillərdə obyektləri avtomatik seçmək mümkün olacaq

29 Noyabr 2017 19:38

Tezliklə şəkillərdə mürəkkəb obyektlərin seçilməsi həndəsi fiqurların dəqiq cizgilərlə seçilməsi kimi asan bir əməliyyata çevriləcək. “Adobe” şirkəti tərəfindən təqdim edilmiş yeni “Select Subject” funksiyası bir düymənin üzərinə sıxmaqla lazımi sahələri seçib ayıracaq. Bu haqda şirkət öz rəsmi twitter mikrobloqunda məlumat verib.

Gələcəkdə populyar olacaq beş texnologiya açıqlanıb

29 Noyabr 2017 19:32

Ekspertlər bazarın müasir texnologiyalara tələbatını təhlil edərək süni intellekt, neyrointerfeys və kiberidman jiletlərinin yaxın gələcəkdə populyarlıq qazanacağı qənaətinə gəliblər.

Elastik robot çəkisindən min dəfə ağır yükləri qaldıracaq

29 Noyabr 2017 19:27

Harvard və Massaçusets texnologiya institutlarının tədqiqatçıları çəkisindən təxminən min dəfə ağır yükləri qaldıra bilən elastik robot yaradıblar. Robotun süni əzələləri plastik və metaldan düzəldilib. Alimlərin təqdim etdiyi robotlaşdırılmış “əl” skeleti plastik konteyner paketli yüngül metal konstruksiyadan hazırlanıb. Paketlərdən hava sorulub çıxarılan zaman skelet yay kimi sıxılaraq qoşulmuş yükü qaldırır. Yükü aşağı salmaq üçün “əli” hava ilə doldurmaq tələb olunur.

Virtual reallıq qurğularının rüblük həcmi ilk dəfə 1 milyonu ötüb

29 Noyabr 2017 19:22

Virtual reallıq (Virtual reality, VR) qurğularının tədarük həcmi sürətlə artmağa davam edir və 2017-ci ilin iyul-sentyabr aylarında rüblük tədarük həcmi ilk dəfə 1 milyonu ötüb. Bu barədə “Canalys” şirkətinin analitikləri məlumat veriblər. Qeyd edək ki, ekspertlər hesablama zamanı yalnız öz ekranı olan VR şlem və qarniturları nəzərə alıblar.

Qabaqcıl “Honor V10” smartfonu təqdim edilib

29 Noyabr 2017 19:16

“Huawei” şirkəti yüksək dəqiqlikli böyük ekran, incə korpus və qabaqcıl kameralarla təchiz edilmiş yeni “Honor V10” smartfonunu təqdim edib. Qurğu 2,4 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 970” prosessoru və “Mali-G72 MP12” qrafik bloku ilə təchiz edilib və “Android 8.0 Oreo” mobil sisteminin idarəetməsi altında işləyir.

Yeni “Google” proqramı istifadəçini telefon ekranına baxan insanlar haqqında xəbərdar edəcək- VİDEO

29 Noyabr 2017 19:04

"Google" şirkətinin tədqiqatçıları istifadəçini onun çiyni üzərindən telefon ekranına baxan insanlar haqqında xəbərdar edən proqram hazırlayıblar. Kompüter təlimindən istifadə edən proqram təminatı qurğu sahibi olmayan və ekrana baxan şəxsin sifətinin müəyyənləşdirilməsi üçün smartfonun ön kamerasını tətbiq edir. Proqram real vaxt rejimində istifadəçini smartfon ekranında yad şəxsin mətn oxuması və ya internet səhifəsini izləməsi barədə xəbərdar edir. 

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

29 Noyabr 2017 18:45

Çexov adına Moskva Bədaye Teatrının direktoru, SSRİ xalq artisti Oleq Tabakov xəstəxanaya yerləşdirilib. Aktyor reanimasiya şöbəsində müalicə alır.

"Uşaqlarım üçün hörgü hörüb, sataram" - Məşhur model

29 Noyabr 2017 18:25

Müğənni Emre Altuğdan boşandıqdan sonra vaxtının çoxunu işlərinə ayıran model Çağla Şikel"Dostlar mahallesi" serialı ilə ekranlara qayıdıb. Model uşaqları üçün işləməyə davam edəcəyini və hər işi görməyə hazır olduğunu deyib: "Hörgü hörüb, sataram, amma yenə övladlarıma görə işləyərəm".

Yeni Zelandiya yox olacaq

29 Noyabr 2017 17:53

Yeni Zelandiyanın “GNS” elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib. Bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər.

Trampdan anti-İslam paylaşımlar

29 Noyabr 2017 17:43

ABŞ prezidenti Donald Tramp qatı sağçı ingilis lider Yayda Fransenin paylaşdığı anti-İslam tərkibli videoları öz tvitter hesabında paylaşıb. Videolardan birində müsəlman bir qaçqının hollandiyalı uşağı döydüyü göstərilib.

Həbsdə olan Kataloniya siyasətçiləri üsyan etdi

29 Noyabr 2017 17:41

Həbsdə olan Kataloniya siyasətçiləri üsyan ediblər. Siyasətçilər qatillərlə birlikdə qaldıqlarını və həbsxanada insanların bir-birlərini bıçaqladıqlarını bildirərək şikayət ediblər. Kataloniyalı siyasətçilərdən biri həbsxanada baş verənləri qələmə alıb:  "Burada qatillərlə birlikdə qalırıq. Cəza evinə alışmağa çalışırıq. Digər məhkumlarla birlikdə basketbol oynayıram". 8 kişi və bir qadın siyasətçi həbsxana bufetindən biskvit ala bilmək üçün ailələrindən həbsxana kartına pul ödəməyi xahiş ediblər.