Dünya

"Söz" serialındakı eşq reallığa çevrildi — Yavuz və Bahar sevgilidir

29 Noyabr 2017 17:40

Türkiyədə və Azərbaycanda geniş tamaşaçı kütləsi toplayan "Söz" serialındakı eşq reallığa çevrilib. Bahar obrazını canlandıran Aybüke Pusat ilə Yavuz Komutan obrazını canlandıran Tolqa Sarıtaşın sevgisi reallığa çevrildi.

Əmisi oğlu zorladı: ailəsi hamiləliyinin 5-ci ayında XƏBƏR TUTDU - VİDEO

29 Noyabr 2017 17:27

16 il öncə əmisi oğlu tərəfindən təcavüzə məruz qalan Leyla Doğan həyatını qaraldan bu olaydan sonra dünyaya gətirdiyi qızını Müge Anlının proqramında axtarır.  Türkiyənin ATV telekanalında yayımlanan Müge Anlının proqramına qatılan Leyla Doğan danışdıqları ilə həm studiyadakıları, həm də ekran önündə əyləşən tamaşaçıları şok edib. 16 yaşında əmisi oğlu tərəfindən təcavüzə uğrayan Leyla Doğan bir uşaq dünyaya gətirib. Atasının təzyiqi ilə körpəsini uşaq evinə verən Doğan canlı yayımda yenicə 14 yaşı olan qızı Kaderi axtarmağa çıxıb. 

Misir Prezidentindən orduya əmr: Sinayı təmizləyin!

29 Noyabr 2017 17:24

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib. Dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.

Pul köçürmələrinə və nağdlaşdırmaya məhdudiyyət qoyulur - Türkiyədə

29 Noyabr 2017 16:41

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur. Bu barədə Türkiyənin Banklara Nəzarət Təşkilatından məlumat verilib. Məlumatda qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq.

Sarkisyan tələbələri əsgər aparan qanunu imzaladı

29 Noyabr 2017 16:36

Noyabrın 29-da Ermənistan prezidenti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunu imzalayıb. Novator.az xəbər verir ki, qüvvəyə qanun təhsilə görə hərbi xidmətdən möhlətin ləğvini nəzərdə tutur. Hərbi xidmətdən möhlət yalnız Müdafiə Nazirliyi ilə mülki müqavilə bağlayan şəxslərə veriləcək. Belə müqavilə bağlayan şəxslər ali təhsilin bakalavr pilləsini başa vurduqdan sonra 3 il hərbi xidmət keçməlidir. Adi hərbi xidmət 2 ildir.

Rusiya telekanalında Sərkisyanı göstərib dedilər: “Gəzəyən qızdır, əri olsa da özünə sevgili tapıb...”

29 Noyabr 2017 16:13

Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Virtualaz.org xəbər verir ki, proqramda noyabrın 24-də imzalanan bu razılaşma “ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.

Avropada yeni dəhşət: zirzəmidə 10 illik işgəncə, təcavüzlər, doğulan uşaqlar

29 Noyabr 2017 16:10

İtaliyada 52 yaşlı Aloizo Françesko Rosario Cordano həbs olunub. O, Rumıniya vətəndaşı, 29 yaşlı qadını oğurlayaraq 10 il ərzində kölə kimi saxlamaqda suçlanır. Cordano bu qadını tam 10 il sərasər evinin zirzəmisində kölə, əsir kimi saxlayıb. Qadına sürəkli işgəncələr verərək təcavüz edən Cordano qurbanını iki uşaq doğmağa da vadar edib.

"TAP-ın yubanması Cənub-Şərqi Avropaya təsir edəcək"

29 Noyabr 2017 16:07

BP şirkətinin və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına əsasən, dünya üzrə karbohidrogen ehtiyatlarının təxminən 2/3-si Avropa İttifaqının (Aİ) və Türkiyənin yaxınlığında yerləşir. Bu barədə Aİ-nin Türkiyə və Türkmənistan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kristian Berqer "Caspian Energy" jurnalına müsahibəsində bildirib.  

Tbilisi meri azərbaycanlıların yaşadığı qəsəbə ilə bağlı qərar verdi

29 Noyabr 2017 16:04

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi qanuniləşdiriləcək. Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında deyib ki, həmin ailələrin yaşadığı sahələr bu günə qədər qanuniləşdirilməyib.

Xorvat general tribunalda zəhər içdi

29 Noyabr 2017 15:54

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalda məhkəməsi keçirilən xorvat general Slobodan Pralyak hökmün elan olunmasından dərhal sonra zəhər içərək intihar edib.

İspaniyada sərnişin qatarı relsdən çıxıb - Yaralılar var

29 Noyabr 2017 15:26

İspaniyanın Əndəlus rayonunda sərnişin qatarı relsdən çıxıb. Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfər müxtəlif xəsarətlər alıb, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

İtaliya mafiyasının məşhur liderinin oğlu həbs edildi

29 Noyabr 2017 15:12

İtaliya mafiyası “Koza Nostra”nın mərhum lideri Salvador Toto Rinanın oğlu Cuzeppe Salvador Rina həbs edilib. Bu barədə informasiyanı “La Repablika” qəzeti yayıb. Məhkəmə Rinanın icbari əməyə cəlb edilməsi haqda qərar verib və onu 1 il müddətinə islah düşərgəsinə göndərib. O, narkotacirlərlə əlaqədə və gecə vaxtı yaşadığı evi tərk etməməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham olunub.

Kremldən raket sınağı ilə bağlı açıqlama – Təxribat

29 Noyabr 2017 15:11

Moskva Pxenyanın yeni raket sınağını qınayır. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov söyləyib.

Koreya buna qadir deyil - Klintseviç

29 Noyabr 2017 15:10

Pxenyanın yeni qitələrarası ballistik raketin ABŞ-ın istənilən nöqtəsinə çatacağı məsələsi boş söhbətdir. Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

Prezident qisas üçün 90 gün verdi: Hər yoldan istifadə edin!

29 Noyabr 2017 15:08

Misir Prezidenti Əbdülfəttah Sisi Sinay yarımadasında 300-dən artıq insanın dünyasını dəyişdiyi məscid qətliamının ardından bölgənin təhlükəsizliyini artırmağa çalışır. Sisi bu barədə ordunun yüksək rütbəli zabitlərinə xitab edərkən bildirib. “Sinayda qarşıdakı 3 ay ərzində təhlükəsizlik və tərəqqini bərpa etmək sizin öhdəliyinizdədir. İstənilən formada güc tətbiq edə bilərsiniz”, - Misir prezidenti deyib.