Koreya buna qadir deyil - Klintseviç

Pxenyanın yeni qitələrarası ballistik raketin ABŞ-ın istənilən nöqtəsinə çatacağı məsələsi boş söhbətdir. Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

"Hesab edirəm ki, bu, fırıldaqdır. Hazırda Koreya Xalq Demokratik Respublikası bu raketi hazırlamağa qadir deyil. Bu, çox çətin məsələdir, çünki aradakı məsafə xeyli uzundur. Bu məsələylə Pxenyan dünya ictimaiyyətini özünə qarşı qoyur. Dünya ictimaiyyəti birləşə və Koreyanı yerində otuzdura bilər", - o bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31