Prezident qisas üçün 90 gün verdi: Hər yoldan istifadə edin!

Misir Prezidenti Əbdülfəttah Sisi Sinay yarımadasında 300-dən artıq insanın dünyasını dəyişdiyi məscid qətliamının ardından bölgənin təhlükəsizliyini artırmağa çalışır. Sisi bu barədə ordunun yüksək rütbəli zabitlərinə xitab edərkən bildirib. “Sinayda qarşıdakı 3 ay ərzində təhlükəsizlik və tərəqqini bərpa etmək sizin öhdəliyinizdədir. İstənilən formada güc tətbiq edə bilərsiniz”, - Misir prezidenti deyib.

Misir Prezidenti Əbdülfəttah Sisi Sinay yarımadasında 300-dən artıq insanın dünyasını dəyişdiyi məscid qətliamının ardından bölgənin təhlükəsizliyini artırmağa çalışır. Sisi bu barədə ordunun yüksək rütbəli zabitlərinə xitab edərkən bildirib. "Sinayda qarşıdakı 3 ay ərzində təhlükəsizlik və tərəqqini bərpa etmək sizin öhdəliyinizdədir. İstənilən formada güc tətbiq edə bilərsiniz", - Misir prezidenti deyib.

Qeyd edək ki, Misirin Sinay yarımadasının şimalında cümə günü törədilən terror aktı nəticəsində 300-dən çox adam həlak olub, 100-dən çox adam yaralanıb. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31