Dünya

Facebook intihar etmək istəyənləri tapacaq - MÜBAHİSƏLİ YENİLİK

29 Noyabr 2017 14:59

Facebook şirkəti süni intellektin xidmətlərindən istifadə edəcək. Şirkət proqramadakı paylaşımların süni intellekt vasitəsilə intihar riski daşıyıb-daşımadığını yoxlayacaq.

Gülbən Ərgənin sevgilisi olduğu iddia edilən işadamı HƏBSDƏ

29 Noyabr 2017 14:42

 Məşhur türkiyəli müğənni Gülbən Ərgənin sevgilisi, işadamı Tolqa Duqles on gündür ki, həsbsdədi. Olaylar.az bildirir ki, işadamı şəxsiyyət vəsiqəsindəki qeyri –qanuni məlumat, dələduzluqda ittiham olunur. Tolqa Duqlesin vəkili açıqlamasında dələduzluqla bağlı ittihamı yalanladı. Onun sözlərinə görə işadamı qanunsuz silah gəzdirdiyinə və  içkili halda maşın idarə etdiyinə görə həbs olunub.

Putin və Sarkisyan sabah Minskdə görüşəcək

29 Noyabr 2017 14:37

Rusiya prezidenti Vladimir Putin sabah Belarusun paytaxtı Minskə səfər edəcək. Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Şuranın iclası zamanı təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlıq, aktual beynəlxalq və regional məsələlər, həmçinin KTMT kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı məqamlar müzakirə olunacaq. 

İspaniyada "gürcü mafiyası"na qarşı əməliyyat

29 Noyabr 2017 14:32

İspaniya polisi paytaxt Madriddə və Kataloniyada “gürcü mafiyası”nın üzvlərinə qarşı əməliyyatlar keçirib. Məlumata görə, əməliyyat çərçivəsində paytaxtda və Barselonada bir neçə evdə axtarışlar aparılıb. Əməliyyatlar zamanı bir neçə nəfər saxlanılıb. Saxlananların sayı barədə məlumat verilməyib.

Ermənistan ordusunda xain axtarışı

29 Noyabr 2017 13:55

Ermənistanda hərbi sahədə vəziyyət hər ötən gün bir qədər də mürəkkəb və gərgin xarakter alır. Bir tərəfdən irduda əsgər çatışmamazlığı, digər tərəfdən hərbi sahəyə məsul şəxslərin korrupsiya və rüşvətxorluq hallarına yol verməsi sadə ermənilərin orduya olan inam və etibarını tamamilə heçə endirib.

Rusiyanın Ermənistana satacağı təbii qazın qiyməti açıqlandı

29 Noyabr 2017 13:43

Rusiyanın gələn il Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib.  Yerevan min kubmetr qazı 150 dollara alacaq.  Bu razılaşma 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ermənistan hökuməti Rusiyadan təbii qaz alınması ilə bağlı müqaviləni noyabrın 30-da keçiriləcək iclasında müzakirə edəcək. 

7 metr uzunluğundakı ilanı evinə apardı və...

29 Noyabr 2017 13:39

Tailandın 55 yaşlı sakini Sauan Tabklai bazar günü evinin həyətində gördüyü piton ilanı evinə aparıb. O, 7 metr uzunluğu olan ilanı şüşə qabın içinə qoyub. Gecə ilana baxmaq üçün qabın qapağını açan şəxsin boğazına dolanan ilan onu boğub. Suan Tabkainin bacısı evdəki səsə oyanaraq qardaşının yanına gəlib və dəhşətli mənzərə ilə qarşılaşıb. Hadisə yerinə gələn polis ilanı odlu silahla öldürüb.

Rusiyanın Ermənistandakı səfiri dəyişdirilir

29 Noyabr 2017 13:33

Tezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək. Bu haqda Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır.

2018-ci ildə bu münaqişələr dünya müharibəsinə keçəcək - PROQNOZ

29 Noyabr 2017 13:30

“2018-ci ildə qlobal müharibə ehtimalı çox yüksəkdir. İki regiondakı gərginlik qlobal müharibəyə keçə bilər”. Bu xəbərdarlıqla İsveçrənin “Le Temps” nəşrinin siyasi müşahidəçisi, keçmiş səfir Fransua Nordmann çıxış edib. “Dünyada geosiyasi vəziyyət pisləşməkdə davam edir. Gərginliyin iki mərkəzi xüsusi narahatlıq yaradır: Koreya yarımadası və Yaxın Şərq”, - məqalədə deyilir.

Ölkədə anarxiya və qarşıdurma yaratmaq istəyən gənclər dini cəhətdən savadsız gənclərdir

29 Noyabr 2017 13:24

Son vaxtlar İslam dinini gözdən salmaq, onu aşağılamaq, terror, dağıdıcılığa meyilli bir din kimi qələmə vermək üçün müxtəlif cəhdlər göstərilir. Təəssüflər olsun ki, Qərbdən idarə olunan bu ssenariyə bəzi dindar kəsim də dəstək verir. Daha doğrusu ayrı-ayrı müsəlman ölkələrində planlı şəkildə yaradılan bu və ya digər təşkilatlar vasitəsilə İslamda parçalanmağa yaratmağa çalışılır.

Şahzadə 1 milyard dollar qarşılığında azadlığına qovuşdu

29 Noyabr 2017 13:05

Səudiyyə Ərəbistanında 4 noyabrdan etibarən başladılan həbs əməliyyatları çərçivəsində tutulan şahzadələrdən biri azadlığa buraxılıb. Sabiq kral Abdullahın oğlu şahzadə Mitəb ibn Abdullah 1 milyard dollar qarşılığında sərbəst buraxılıb. 

Türkiyə Silahlı Qüvvələrindən uğurlu əməliyyat

29 Noyabr 2017 12:56

Türkiyə Silahlı Qüvvələri uğurlu əməliyat həyata keçiriblər. Belə ki, Tunceli vilayətinin Pülümür rayonunda böyük təlafata səbəb olacaq terror aksiyası hazırlayan qruplaşma zərərsizləşdirilib.

Qızları əxlaqsızlığa məcbur edirmiş - 472 il həbs cəzası aldı

29 Noyabr 2017 12:40

ABŞ-ın Kolorado ştatının məhkəməsi qadınları əxlaqsızlıq etməyə məcbur edən vətəndaşa 472 illik həbs cəzası verib. 31 yaşlı ştat sakini Bryuk Franklin həddi-buluğa çatmamış qızları aldadaraq pul müqabilində kişilərlə cinsi münasibətə girməyə vadar edib. Franklinin rəhbərlik etdiyi dəstə 7 nəfərdən ibarət olub. Cinayətkar dəstə qızları ölümlə hədələyərək onlara xidmət etməyə vadar ediblər.

Putinin hər kəsdən gizlətdiyi qızı rəqqasədi? - VİDEO

29 Noyabr 2017 12:21

Ailəsini hər zaman mətbuatdan gizli saxlayan Rusiya prezidenti Vladimir Putinin üçüncü qızı Katerina Tixovna olduğu iddia edilir. Olaylar.az bildirir ki, rəqqasə və alim olan Katerinadan illər öncə rusiyalı jurnalist müsahibə almışdı. Lakin müsahibə yayımladıqdan az sonra müəmmalı şəkildə internetdən silinmişdi. 31 yaşlı Katerina Tixovnanın rəqqas yoldaşı onun Putinin qızı olduğunu təsdiqləyib.

İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 20 ölü

29 Noyabr 2017 12:17

İndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Məlumata görə, bölgədə tüğyan edən siklon Yava və Bali adalarının müxtəlif bölgələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Mindən çox yaşayış evi su altında qalıb. Hazırda bölgədə xilasetmə işləri aparılır. Güclü küləklərin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.