İndoneziyada torpaq sürüşməsi və daşqınlar - 20 ölü
İndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Məlumata görə, bölgədə tüğyan edən siklon Yava və Bali adalarının müxtəlif bölgələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Mindən çox yaşayış evi su altında qalıb. Hazırda bölgədə xilasetmə işləri aparılır. Güclü küləklərin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır.
29 Noyabr 2017 12:17 Dünyaİndoneziyanın Şərqi Yava əyalətində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Məlumata görə, bölgədə tüğyan edən siklon Yava və Bali adalarının müxtəlif bölgələrində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Mindən çox yaşayış evi su altında qalıb. Hazırda bölgədə xilasetmə işləri aparılır. Güclü küləklərin həftə sonunadək davam edəcəyi proqnozlaşdırılır. Trend.az