Şahzadə 1 milyard dollar qarşılığında azadlığına qovuşdu

Səudiyyə Ərəbistanında 4 noyabrdan etibarən başladılan həbs əməliyyatları çərçivəsində tutulan şahzadələrdən biri azadlığa buraxılıb. Sabiq kral Abdullahın oğlu şahzadə Mitəb ibn Abdullah 1 milyard dollar qarşılığında sərbəst buraxılıb. 

Səudiyyə Ərəbistanında 4 noyabrdan etibarən başladılan həbs əməliyyatları çərçivəsində tutulan şahzadələrdən biri azadlığa buraxılıb. Sabiq kral Abdullahın oğlu şahzadə Mitəb ibn Abdullah 1 milyard dollar qarşılığında sərbəst buraxılıb. Bu barədə "Routers" agentliyinə vəzifədən sui-istifadə əməliyyatlarında iştirak edən və adı açıqlanmayan səlahiyyətli bir şəxs məlumat verib. O, 65 yaşlı şahzadənin sui-istifadə iddialarını qəbul etdiyini də qeyd edib. Onun haqqında qaldırılan iddialar arasında həm də şəxsi hesabına gizli pul keçirmək, saxta işçilər tutmaq və 10 milyard dollarlıq hərbi ləvazimatlar barədə razılaşmalar əldə etmək mövcuddur.

Qeyd edək ki, şahzadə Mitab həbs edilən 200 nəfər arasında ən böyük siyasi fiqur kimi göstərilirdi. Olaylar.az Publika-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31