Dünya
333 əsgər FETÖ –dən şübhəli bilindi
Türkiyə Silahlı Qüvvələrində FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 360 nəfər saxlanılıb. Saxlanılanlardan 333 nəfəri hərbi qulluqçudu.
Ermənistanda kredit təşkilatına silahlı basqın olub
Dünən saat 19:00 radələrində Ermənistanda naməlum şəxs tərəfindən kredit təşkilatlarından birinin ofisinə silahlı basqın edilib. Cinayətkar hadisə yerindən qaçıb.
4 minə yaxın erməninin “Facebook” profili ələ keçirilib
Sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycana qarşı təxribat kampaniyası aparılır. Ölkəmizlə bağlı mütəşəkkil şəkildə dezinformasiya yayan minlərlə təxribatçı erməni istifadəçinin “Facebook” profili ələ keçirilib.
ABŞ Şimali Koreyanı müharibə ilə HƏDƏLƏDİ
ABŞ Şimali Koreyanı müharibə elan etməklə hədələdi.Amerikalı senator Lindsi Qrem yerli telekanallardan birində çıxışı zamanı bu məsələni gündəmə gətirib. Onun sözlərinə görə, əgər Şimali Koreya raket sınaqlarını keçirməyə davam edərsə, bunun sonu müharibə ilə bitəcək: “Raket sınaqlarını dayandırması haqqında rəsmi müraciət edilib. Əgər yenə də sınaqlara davam edərlərsə, ABŞ bunu dayandırmaq məqsədilə müharibəyə başlamağa məcbur olacaq”.
Baş nazir: NATO Türkiyəyə lazımi dəstək vermədi
NATO Türkiyəyə hərbi sahədə lazımi dəstək verməyib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir bildirib ki, Türkiyənin Suriya tərəfdən raket zərbələri ilə üzləşməsinə baxmayaraq, NATO ölkənin müdafiəsi üçün heç bir addım atmayıb.
Kişilər bu TİBB BACISININ üstündə bir-birini qırır - FOTOLAR
Kişilər onlara yalnız bu tibb bacısının xidmət etməsi üçün bir-biri ilə dava edir. Ölkənin ən seksual tibb bacısı seçilən Nina Çenin 25 yaşı var. Xəstələrin sevimlisinə çevrilib.
Aktrisa ərini biabır etdi: "Məni güclə təmin edir"
Türkiyəli aktrisa Yeliz Yeşilmen əri Ali Uğur Akbaş tərəfindən aldadılması iddiasını rədd edib. O, ərinin xəyanət etməsinə inanmadığını dilə gətirib. O, əri ilə bağlı qalmaqallı açıqlama verib: "Nə ayrılmışıq, nə də boşanırıq. Belə oyunlar mənlik deyil. Ərim məni istənilən mənada güclə təmin edir, başqasını təmin edəcək halda deyil. Xəyanətə uğrasam, əsla onu bağışlamaram".
Küçədə 10 min dollarlıq çeki tapıb sahibinə qaytardı, sürprizlə qarşılaşdı
ABŞ-da yaşayan Elmer Alverez adlı şəxs küçədə 10 min dollarlıq çek tapıb. O, çeki sahibinə qaytarıb. Çekin sahibi Robert Hoskie isə Elmerin evsiz olduğunu öyrəndikdən sonra ona bu jestinin qarşılığında ev hədiyyə edib.
Hansı terror təşkilatı “Ayla”nın nümayişinə mane olur?
Türkiyəni “Oskar” mükafatına namizəd olan “Ayla” filmi ətrafında qalmaqallar səngimir. Olaylar.az bildirir ki, filmin rejissoru Mustafa Uslu filmin Cənubi Koreyada nümayişinə əngəl yaradanların olduğunu açıqlayıb. Onun sözlərinə görə türklərin qəhrəmanlığının nümayiş olunmasını istəməyən qüvvələr var. Mustafa Uslu açıqlamasında bildirib ki, filmin Cənubi Koreyada göstərilməməsinə səbəb FETÖ –nun Cənubi Koreyada fəaliyyət göstərən “abisi” Sinan Öztürkün maniələr törətdiyini qeyd edib.
Rusiya ordusu Ermənistanda təlimlər keçirdi
Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri təlim keçiriblər. Təlimlərdə şərti qanunsuz silahlı dəstələrin təxribat qruplarının rabitə vasitələrinin radioelektron üsullarla susdurulmasına dair tapşırıqlar yerinə yetirilib.
Şimali Koreyanın raket sınağı uğurla başa çatdı – Trampdan CAVAB GECİKMƏDİ
Şimali Koreya qitələrarası ballistik raket sınağı etdiyini təsdiq edib. Ölkənin mərkəzi televiziyası “Hwasong-15” adlı raketin sınağının uğurla tamamlandığını bildirib. Şimali Koreya lideri Kim Çen Inın əmri ilə həyata keçirilən sınaqda ABŞ torpaqlarını vurmaq potensialına malik raket test edilib.
Rza Zərraba qarşı ŞOK İDDİA – Həbsxanada qadın, narkotik, içki ziyafəti
ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba qarşı yeni iddia qaldırılıb. Onunla işbirliyi içində olduğu iddia edilən Türkiyənin “Xalqbank” bankının keçmiş prezidenti Mehmet Hakan Atillanın vəkili Rza Zərrabın həbsxanada ikən içəri qadın keçirdiyini iddia edib.
Trampdan REKORD GÖSTƏRİCİ - 50 milyard dollarlıq silah
ABŞ Konqresi hərbi müqavilələrə aid imzalanan sənədləri incələyərkən ABŞ prezidenti Donald Trampın son dövr ABŞ-a rəhbərlik edən liderlər arasında ən çox silah satışı gerçəkləşdirən prezident olduğu qərarına gəlib.
Millət vəkili: "Türkiyə bölgədəki problemlərin həlli yolunu daha yaxşı bilir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və İran prezidentləri ilə Soçidə keçirilən üçtərəfli görüşü zamanı toxunduğu məsələlər bu gün də gündəmdədir. Türkiyəli millət vəkili Murad Baybatur prezident Ərdoğanın çıxışı ilə bağlı qısa şərh verərək, onun Suriya mövzusundakı şəffaf mövqeyinə diqqət çəkib: "Ötən il Moskvada keçirilən görüş Suriya böhranının siyasi həlli üçün başlanğıc oldu.














