Millət vəkili: "Türkiyə bölgədəki problemlərin həlli yolunu daha yaxşı bilir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və İran prezidentləri ilə Soçidə keçirilən üçtərəfli görüşü zamanı toxunduğu məsələlər bu gün də gündəmdədir. Türkiyəli millət vəkili Murad Baybatur prezident Ərdoğanın çıxışı ilə bağlı qısa şərh verərək, onun Suriya mövzusundakı şəffaf mövqeyinə diqqət çəkib: "Ötən il Moskvada keçirilən görüş Suriya böhranının siyasi həlli üçün başlanğıc oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və İran prezidentləri ilə Soçidə keçirilən üçtərəfli görüşü zamanı toxunduğu məsələlər bu gün də gündəmdədir. Türkiyəli millət vəkili Murad Baybatur prezident Ərdoğanın çıxışı ilə bağlı qısa şərh verərək, onun Suriya mövzusundakı şəffaf mövqeyinə diqqət çəkib: "Ötən il Moskvada keçirilən görüş Suriya böhranının siyasi həlli üçün başlanğıc oldu. Lakin bu gün proseslər göstərir ki, Suriya məsələsinin siyasi yollarla həll olunması Türkiyə olmadan mümkünsüzdür. Astana sammitində də Türkiyə öz mövqeyini yenidən ortaya qoydu. Biz bu məsələnin həlli prosesində terror təşkilatlarından istifadə edilməsinə qarşıyıq. Türkiyə bu bölgənin tarixinə görə narahat olduğu kimi, bu günü üçün də narahatdır. Bunu Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb. Türkiyə bölgədəki proseslərin həll yollarını hamıdan yaxşı bilir. Biz bu məsələnin həlli üçün terror qruplaşmalarına deyil, digər ölkələrə müraciət edəcəyik. Türkiyənin məqsədi Suriyanın ərazi bütövlüyünün bərpa edilməsidir". Olaylar.az Publika-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31