Dünya

Tillerson: “İŞİD heç bir yerə yox olmayacaq”

29 Noyabr 2017 06:28

"İraq və Suriyada İŞİD üzərində qələbədən sonra da terror təşkilatı heç bir yerə yox olmayacaq". Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. "İŞİD yeni yanaşmaları axtaracaq. Bu yanaşmalar, ehtimal ki, internetdə təbliğatdan ibarət olacaq", - o bildirib.

Cenifer Lopez məşhur brendin siması oldu

29 Noyabr 2017 06:26

“Guess” brendi sosial şəbəkədə 2018-ci il yaz reklam kampaniyasının qəhrəmanını təqdim edərək fotosessiyadan ilk kadrı yayımlayıb. Brendin siması 48 yaşlı müğənni və aktrisa Cennifer Lopesdir.

Məhkəmə 14 yaşlı qızla cinsi əlaqəni qanuni hesab etdi

29 Noyabr 2017 06:24

Fransada 14 yaşlı şagirdi ilə intim münasibətdə olan orta məktəb müəllimi şərti azadlıqdan məhrum edilib. Bu haqda “The Telegraph” nəşri bildirib. Nəşr yazır ki, ötən gün Fransa qanunvericiliyinə edilən dəyişikliyə əsasən, ölkədə seksual münasibətlərdə yaş həddi 13 yaşa endirilib. Bu o deməkdir ki, 13 yaşa qədər qızların cinsi əlaqəyə girməsi qanunla tənzimlənəcək. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, prokuror məhkəmədə riyaziyyat müəlliminə qarşı olduqca mülayim davranıb və bunu sevgi münasibətləri çərçivəsində qiymətləndirib.

Sirk zamanı DƏHŞƏT: Qəfəsdən qaçan şir iki azyaşlını... 

29 Noyabr 2017 06:17

Çində küçədə keçirilən sirk zamanı dəhşətli hadisə baş verib. Diqqətsizlik səbəbindən vəhşi heyvanlardan biri qəfəsdən qaçaraq insanlara hücum edib. Əhilləşdirildiyi deyilən şirlər 2 azyaşlını və 4 nəfər orta yaşlı tamaşaçanı dişləyib.

Qış Olimpiadasının keçiriləcəyi şəhərdə "quş qripi" yayıldı

29 Noyabr 2017 06:04

2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar. Virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.

Həmkarının keçmiş xanımı Ronaldoya göz qoydu

29 Noyabr 2017 06:02

İsveçrəli futbolçu Blerim Dzemailinin keçmiş alban həyat yoldaşı Erjona Suleymani maraqlı açıqlaması ilə yenə gündəm olub. Daim gözəlliyi və açıq-saçıq geyimləri ilə diqqət çəkən Erjona bu dəfə çap etdirdiyi kitabındakı məqalə ilə səs-küy yaradıb.

ABŞ-dan Türkiyəyə ÇAĞIRIŞ

29 Noyabr 2017 05:54

"ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır". Bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

İngilis dietoloq: Qoz-fındıqla müqayisədə kartofda daha çox selenium var

28 Noyabr 2017 19:55

Uzun zamandır ki, dietoloqlar kartofun insan orqanizminə xeyrindən danışmaq istəmirdilər. Lakin indi alimlər etiraf edirlər ki, kartofun insana çox böyük xeyri var və bu tərəvəzdə faydalı elementlər boldur.Bananla müqayisədə kartofda toxumalı nişasta 5500 dəfə çoxdur. Üç avokadoda olan C vitamini isə 1 kartofda olur. Üstəlik gündə iki dəfə kartof yeyən yüksək qan təzyiqli insanların orqanizmlərində problemlər azalır, izafi çəki yığılmır.

Nəm salfetlərlə bağlı dəhşətli faktlar…

28 Noyabr 2017 19:50

Nəm salfetlərdən istifadə etdikdən sonra hökmən əllərinizi yuyun.Bunu Türkiyə “19 May” Universitetinin akademiki, professor İsmayıl Gömrükçüoğlu deyib. Akademik nəm salfetlərdə kimyəvi məhlullardan istifadə olunduğunu,bunun isə insan dərisi üçün zərərli olduğunu deyib.

İnsanın əhval-ruhiyyəsini tənzimləyən neyron çipləri yaradılıb

28 Noyabr 2017 19:35

Amerikalı hərbçilər tərəfindən maliyyələşdirilən alimlər insanın əhval-ruhiyyəsinin avtomatik idarə olunması üçün sistem hazırlayıblar. Sistem avtomatik rejimdə beynin aktivliyini izləyir və onun işində xroniki depressiya və başqa psixi pozuntular doğuran nasazlıqları aradan qaldırır.

Reaktiv təyyarə “LTE” şəbəkəsinin etibarlığını yoxlayıb

28 Noyabr 2017 19:28

"LTE" standartlı şəbəkələr istifadəçi yüksək sürətlə hərəkət edəndə də yüksəksürətli bağlantını və stabilliyi təmin edə bilir. Bu qənaətə "LTE" şəbəkəsinin keyfiyyətini reaktiv təlim təyyarəsi vasitəsilə yoxlayan İsveçin "Ericsson" şirkətinin mütəxəssisləri gəliblər.

Mühazirə zamanı noutbukdan istifadə tələbələrin biliklərə yiyələnməsinə mane olur

28 Noyabr 2017 19:23

Ekspertlər noutbuk və planşetlərin tələbələrin bilik almasına mane olmasını sübut ediblər. Prinston və Kaliforniya universitetlərinin alimləri cihazlardan istifadənin tələbələrin biliklərə yiyələnməsinə təsirini araşdırıblar. Məlum olub ki, adi qələm və dəftər dərs zamanı daha faydalıdır.

“iOS” sistemi üçün “YouTube” yenilənməsi batareyanın enerjisinin tez bitməsi problemini həll edib

28 Noyabr 2017 19:15

Bir neçə həftə əvvəl “YouTube” əlavəsinin “iOS 11” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların enerjisini tez sərf etməsi məlum olub. Noyabrın 27-də proqram üçün problemi aradan qaldıran yenilənmə buraxılıb.  

Kvant şifrləmə zamanı məlumatların ötürülməsi sürəti 5-10 dəfə artırılıb

28 Noyabr 2017 19:10

Dyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətli yaradır və paylaşdırır.

“LG” ekranlı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq

28 Noyabr 2017 19:05

“Samsung” və “LG” arasında tarixdə ilk dəfə bir şirkətdən digərinə ekranların tədarükü sahəsində əməkdaşlıqla bağlı danışıqlar başa çatıb. “LG” displeylərinin istifadə olunacağı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq. Tədarük həcminin 100 min ədəd təşkil edəcəyi gözlənilir. Bu barədə “The Investor” nəşri mənbələrə istinadən məlumat verib.