Dünya
Kirpilər məhv ola bilər - SƏBƏB?
Rusiyada noyabr ayının anomal isti keçməsi kirpi və qış yuxusuna gedə bilməyən digər heyvanların kütləvi məhvinə səbəb ola bilər. Məlumata görə, Rusiyanın Ural bölgəsində bu ayın isti keçməsi il əlaqədar heyvanlar qış yuxusuna gedə bilmir. Kirpilərin qış ayları üçün yığdığı piy ehtiyatı aktivlik şəraitində daha tez əriyə bilər.
Feysbuk istifadəçiləri TƏHLÜKƏDƏ
2 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi olan feysbuk istifadəçilərinin təhlükəsizliyi sual altındadır. Bu təhlükə İranlı proqram mütəxəssisi tərəfindən aşkarlanıb.İranlı proqramçı Puya Darabinin aşkarladığı bu təhlükə insanların xəbərləri olmadan şəkillərinin silinməsinə səbəb olurdu.
Məşhur müğənnilər BOŞANDI – 20 İLLİK SEVGİ BİTDİ – VİDEO
Türkiyənin məşhur repçisi Saqopa Kajmer (Yunus Özyavuz), instaqram hesabından 11 illik həyat yoldaşı Koleradan (Esen Güzel) boşandığını bildirib. Onun açıqlaması isə belədir: “20 illik dostum, 11 illik həyat yoldaşım Esenlə yollarımızı ortaq qərar verərək ayırdıq. Əziz Esenə mənə öyrətdikləri və mənim üçün etdikləri üçün minnətdaram. Bundan sonra hər ikimiz başqa həyatlar yaşayacağıq. Ona görə də, bundan sonra paylaşımlar edərkən bizi işarələməyin. Rəy yazanda diqqətli olun, qəlb qırmayın.
Argentinanın itən sualtı qayığından SON CÜMLƏ şifrələnib
Bir neçə həftə əvvəl Atlantik okeanında Argentinanın itmiş “San Xuan” sualtı qayığından alınan son məlumat yayımlanıb. Məlumata görə, qayıq itməzdən əvvəl içəridə yanğının başladığı barədə məlumat komandanlığa çatdırılıb. Məruzədə deyilir: “Akkumulyatorlara dolan su kütləsi qısa qapanmaya səbəb olub və nəticədə yanğın başlayıb. Qayığın burun hissəsindəki akkulmlyatorlar sıradan çıxıb”.
Norveç dənizi coşdu - 5,6 bal gücündə zəlzələ
Norveç dənizində güclü zəlzələ baş verib. Məlumata görə, ABŞ Geoloji Xidməti zəlzələnin 5,6 gücündə qeydə alındığını bildirib. Məlumata görə, gündüz saatlarında baş verən zəlzələ Xarstat kommunasından 647 kilometr məsafədə olub. Zəlzələnin dənizin 10 kilometr dərinliyində baş verdiyi qeyd olunub. İnsan təlafatı barədə məlumat daxil olmayıb.
Dünyaya səs salan sui-qəsdi görüntüləyən fotoqraf: "Mustafa Kamal mənimlə idi"
""İndi qaçsan, canını qurtarsacaqsan. Amma qaçma. Sən jurnalistsən. Bu sənin məsuliyyətindir. Sakit şəkildə, ümidlə işini gör" dedim öz özümə. Bütün yaxşı jurnalistlər, anam, atam, Mustafa Kamal, müəllimlərim - hamısı o gün mənimlə idi. Mən bunu etməklə pis jurnalistlərə “iş belə görülür” demək istəyirdim. Böyük ehtimalla ağır yaralanardım, ya da ölərdim. Ancaq ən azından boş yerə ölməmiş olacaqdım”.
Zərrab məsələsi hətta Fətullah Güləni də arxada qoydu
İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda və bu ölkəyə aid on milyardlarla dollar pulu qurama şirkətlər üzərindən, yaxud nəğd şəkildə daşımaqda ittiham olunaraq ABŞ-da həbs edilən İran azərbaycanlısı Rza Zərrabın istintaqla anlaşaraq Türkiyə rəhbərliyi əleyhinə ifadələr verdiyinə dair şübhələr artır.
MHP lideri: Rza Zərrab kimdir ki, ona görə bizi hədələyirlər?
“Rza Zərrab barəsində qərar Türkiyə məhkəmələrində verilməlidir”. Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib. MHP lideri bildirib ki, qaçaqmalçının, cinayətkarın etdiyi əməllərə Türkiyə Respublikasında hüquqi qiymət verilməlidir.
Pxenyan bir il sonra nüvə silahının hazırlamasını başa çatdıra bilər
Koreya Xalq Demokratik Respublikası (KXDR) bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər. Bu haqda yarımadanın birləşməsi üzrə Cənubi Koreya naziri Ço Men Qen deyib.
Səudiyyə Ərəbistanında ikinci həbs dalğası – Bu dəfə KRALIN QIZLARI
Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə şahzadələrin ardınca kral ailəsinin qadın üzvlərinin də həbs edilməsinə başlanılıb. Həbs edilən qadın şahzadələr ayrı hotelə yerləşdirilib. Əvvəlki kral Abdullah ibn Əbdüləzizin Fransaya sığınan oğlu Əbdüləzizdən başqa, bütün oğulları həbs edilmişdi. Növbəti mərhələdə isə kralın qızları həbs edilib. Həbs edilən şahzadələrin vəliəhd Məhəmməd ibn Salmanın idarəçiliyinə qarşı olduğu bildirilib.
İŞİD-in birinci ledisi SİRLƏRİ açdı: "Üstünə bıçaq çəkib..." - VİDEO
İngilis əsilli Tanya Georqles 10 il əvvəl İŞİD-in idarə heyətinin üzvlərindən biri olan Con Georqles ilə ailə quraraq Suriyaya gedib. O, dəstə üzvləri içərisində sevilən xanımlardan olub. Deyir ki, ilk əvvəl hər şeyin yaxşı olacağını düşünsə də, hər gecə silah səsləri, partlayışlar onu dəli etməyə başlayıb: "17 yaşında ailə qurmuşdum. Yoldaşımın təkidi ilə dinə uyğun şəkildə yaşamağa başlamışdım. Baş örtüsü, müəyyən qaydalar və s. Əvvəl yaşadığım yerdə o qədər də əxlaqlı həyat tərzi keçirdiyimi deyə bilmərəm. 2013-cü ildə Suriyaya köçdük. Ona görə istəmirdim ki, yoldaşımın Suriyada dostları məni "əxlaqsız Tanya" kimi tanısınlar. Yoldaşım çox ağıllı, intellektual adam idi və mənim ona aşiq olmağımın ilk səbəblərindən biri də bu olub."
Ankarada əməliyyat - 98 nəfər saxlanıldı
Ankara polisi əməliyyat keçirib. Məlumata görə, bu dəfə keçirilən xüsusi əməliyyat narkotika alverçilərinə qarşı olub. Polisin yaydığı xəbərə görə, əməliyyat nəticəsində 98 nəfər narkotik vasitə satıcısı saxlanılıb. Saxlananların hamısının Türkiyə vətəndaşları olduqları bildirilir. Polis xüsusi əməliyyatın gün ərzində davam edəcəyi barədə məlumat yayıb.
Şaxta Baba Rusiyada qadağan olundu?
Şaxta Babaların Rusiyanın Novosibirsk şəhərində tədbirlərə dəvət edilməsinin qadağan edilməsi məsələsinə şəhər rəhbərliyi aydınlıq gətirib. Məlumata görə, şəhər rəhbərliyi bunun hər hansı bir başqa səbəblə deyil, məhz psixoloqların məsləhəti ilə olduğunu deyib. Belə ki, psixoloqlar Şaxta Babaların əsasən uşaq bağçalarında azyaşlıları qorxuda biməsini qeyd ediblər. Mütəxəssislər bayram şənliklərində yalnız Qar qızların olmasının məsləhətəuyğun olduğunu bildiriblər.
Ağrılarla həkimə getdi, qarnından çıxanlar HƏR KƏSİ ŞOKA SALDI
Şiddətli qarın ağrısı ilə xəstəxanaya gedən qadın həkimləri şoka salıb. Türkiyənin Trabzon şəhərində 35 yaşlı N.A. qarın ağrısı ilə həkimə müraciət edib. Tomoqrafiya müayinəsi nəticəsində onun qarnında dəsmal olduğu aşkarlanıb. Məlum olub ki, dəsmal 3 il əvvəl qadın xaricdə histerektomi əməliyyatı edilərkən həkim səhvi nəticəsində qarnında qalıb.
İŞİD ABŞ və Britaniya əhalisini təhdid etdi: “Terror aktları olacaq”
İŞİD-ə yaxın sosial şəbəkə hesablarında Milad bayramında bəzi yerlərdə terror aktlarının planlaşdırılması barədə xəbərdarlıqlar yayılıb. Yayımlanmış şəkillərdən birində Milad bayramında Nyu-Yorkda partlayış törədiləcəyi ilə bağlı təhdid var.














