Dünya
Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə 6 il həbs verildi
“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana hökm oxunub. Məlumata görə, bu gün keçirilən məhkəmə iclasında S.Babayan 6 il azadlıqdan məhrum edilib.
Kreml Putinlə Xaçaturovun görüşü barədə
Rusiya prezidenti Vladimir Putin bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovla görüşəcək. Bu barədə jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Prezident KTMT baş katibi Xaçaturovu qəbul edəcək”, - Peskov deyib.
Erməni nazir: “Minsk razılaşmaları ölüdür”
Donbas münaqişəsinin nizama salınma üzrə Minsk razılaşmaları özünü bitirib, onların yerinə yeni razılaşmalar imzalanmalıdır. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov deyib. “Ukrayna böhranının nizama salınması problemi müxtəlif formatlarda, xüsusi halda, “Normandiya formatı”nda müzakirə edilir. ABŞ bu formatda iştirak etmir, amma vaxtaşırı bu məsələ qalxır. Varşavada daha əvvəl danışıqların “Cenevrə formatı”na keçirməyi təklif edirdilər. Bu formatda ABŞ-la yanaşı, Ukraynaya qonşu dövlət kimi Polşanın da iştirakı ilə müzakirə edilir”, - nazir bildirib.
Rusiya kosmosa 19 peyk göndərib
Rusiya özünün “Soyuz 2.1b” raket daşıyıcısını kosmosa buraxıb. “Vostoçnıy” kosmodromundan kosmosa buraxılan raketdaşıyıcının içərisində 19 peyk göndərilib. Peyklərdən ən böyüyü Rusiyaya məxsus "Meteor-M №2-1"dir. Digər 18 ədəd kiçik ölçülü peyk isə Rusiya, Kanada, Norveç, Yaponiya, İsveç , Almaniya və ABŞ (12) aid olub.
Rusiya İsveç diplomatlarını ölkədən qovur
Rusiya İsveç səfirliyinin iki diplomatını ölkədən deportasiya etməyi planlaşdırır. Bu haqda məlumatlı mənbəyə istinadən TT informasiya agentliyi bildirib. “İsveçin qəbul etdiyi qərarlar bir neçə insana toxunub və Rusiya cavab addımı atıb”, - agentliyin həmsöhbəti qeyd edib.
Melani Tramp yeni ilə hazırlaşır
Amerikanın 45 – ci prezidenti Donald Trampın həyat yoldaşı Melani Tramp Ağ evdə yeni il hazırlıqlarına başlayıb. Olaylar.az bildirir ki, ağ evdə bu il yeni il mövzusu “zamanın şərəfləndirdiyi ənənələr” olacaq. Məlumata əsasən Ağ evin builki yeni il dekorasiyasını Melani Tramp özü seçib.
"Məhv edin" — Putindən ŞOK AÇIQLAMA
Rusiyya və Amerika təyyarələri havada mübahisə etdilər
Noyabrın 28 – də səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus P-8A sualtı qayıq ovçusu Qara dəniz üzərində nəzarət xidməti aparan Rusiyaya məxsus U-30 qırıcısı təyyarəsinin qarşısını kəsib. Rus qırıcısı Amerikaya məxsus təyyarənin önünü təhlükəli manevrlərlə kəsərək, istiqamətini dəyişməyə vadar edib. İki təyyarə arasında havada mübahisə 24 dəqiqə davam edib. Hadisə ilə bağlı açıqlama Pentaqon mətbuat xidmətinin əməkdaşı Mişel Beldanza tərəfindən verilib. Rusiya tərəfi isə hadisə ilə əlaqədar hər hansı bir açıqlama verməyib.
Ərdoğan: "Yaxın günlərdə Trampla yenə danışacağıq"
“Suriyada sülhün bərqərar edilməsi üçün işləri davam etdirəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib. O bildirib ki, Soçidə gerçəkləşən üçtərəfli zirvə toplantısında çox mühüm, həlledici qərarlar qəbul edilib.
Helikopter qəzaya uğradı – Rusiyada
Rusiyanın Tambov vilayətində helikopter qəzaya uğrayıb. Olaylar.az bildirir ki, qəza zamanı ən azı iki nəfərin həlak olduğu qeyd olunub. Şəxsi helikopterdə bir pilot və bir sərnişinin olduğu bildirilib. Helikopterin qırıntıları Kirsanovski rayonunun Şinovka kəndində aşkarlanıb.
Eşşəklər həbs olundu
Hindistanın Uttar Pradeş əyalətində yerləşən həbsxananın bağçasında otlayan eşşəklər həbs olunub. Olaylar.az bildirir ki, 8 eşşək bağçanın həyətindəki otlarla yanaşı, digər qiymətli bitgiləri məhv etdiklərinə görə haqlarında 4 günlük həbs qərarı çıxarılıb. Həbsxana sahibi açıqlamasında bildirib ki, “Biz heyvan sahiblərinə eşşəklərini bu yerdən uzaq saxlamağı xəbərdar etmişdik. Amma bizi dinləmədilər. Ona görə eşşəkləri həbs etdik”
Hakim: Zərraba hökm oxunmayacaq
ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub. Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib.
ABŞ Marsda 10 minlik şəhər tikəcək
Massaçusets texnologiya institutundan mühəndislər və memarlar qrupu “Mars City Design” müsabiqəsində qalib gələrək, Marsda insanların yaşaya biləcəyi evin nümunəsini yaradıblar. ABŞ-ın aeronavtika və kosmik sahəsinin tədqiqatı üzrə Milli İdarə və Avropa Kosmik Agentliyi müsabiqənin təşəbbüskarı ilə sponsorları olub.
İnternet üzərindən narkotik maddə satırdılar
Türkiyədə internet üzərindən narkotik maddələrin satışını təşkil edənlərə qarşı “Şəhit Arda Can əməliyyatı” adlı əməliyyatı həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 51 nəfər şübhəli şəxs saxlanılıb.
Rusiyada kater aşıb - İtkin düşənlər var
Rusiyada Fin körfəzi sahillərində kater yük gəmisi ilə toqquşub. Məlumata görə, toqquşma nəticəsində kater aşıb.














