Dünya

Fanatı aktrisanı 50 ildir izləyir

28 Noyabr 2017 12:07

Məşhur türkiyəli aktrisa Fatma Girik 50 ildi onu narahat edən fanatından polisə şikayət edib. Olaylar.az bildirir ki, aktrisanın fanatı uzun illərdi onu onun izləyərək işlədiyi məkanlara, evinə, hətta anasının Bodrumdakı evinə girməyə cəhd göstərib.

Pentaqon 2018-ci il üçün əsas vəzifəsini açıqladı

28 Noyabr 2017 12:02

2018-ci ildə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas vəzifələrindən biri Rusiyaya strateji müqavimət göstərmək olacaq. Bu haqda ABŞ Müdafiə Nazirliyinin baş inspektorunun yeni məruzəsində deyilir.

Hitlerin çəkdiyi rəsm əsərini 75 sentə aldı

28 Noyabr 2017 11:55

Hollandiyalı bir qadının 75 sentə aldığı rəsm əsərinin Adolf Hitlerə məxsus olduğu məlum olub. Olaylar.az bildirir ki, Hollandiyada fəaliyyət göstərən Müharibə və Soyqırım Araşdırmaları İnstitutu Hitlerin sulu boya ilə çəkdiyi rəsmin qadın tərəfindən instituta bağışlandığını açıqlayıb.

General intihar etdi- DƏHŞƏT

28 Noyabr 2017 10:15

“Qara Cümə”də rekord qırılıb

28 Noyabr 2017 09:41

ABŞ-da “Black Friday” (qara cümə) adı verilən xüsusi alış-veriş günündə bundan öncəki bütün zamanların rekordu qırılıb. “Adobe Digital Insights”ın 4500 saytdan topladığı statistikaya görə, həmin gün onlayn şəkildə alınan malların məbləği 5 milyard 30 milyonu ötüb.

İsrailin paytaxtında partlayış: xəsarət alanlar var

28 Noyabr 2017 09:33

İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub. Bu barədə yerli polis məlumat yayıb. Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub. Partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.

Ağ Evdə QADAĞA - Mobil telefondan istifadə edilməyəcək

28 Noyabr 2017 09:11

Ağ Ev bütün əməkdaşlarına şəxsi mobil telefonlardan istifadəni qadağan edə bilər. Qeyd olunur ki, bu qərar informasiyaların administrasiyadan KİV-ə sızması yox, kibertəhlükəsizlik məsələləri ilə bağlıdır. Agentliyə danışan müsahiblərdən biri xüsusi olaraq qeyd edib ki, iş prosesi zamanı Ağ Evin simsiz şəbəkəsinə həddən artıq şəxsi mobil qurğu qoşulur. Guya bu halda istifadə edilən cihazlar hökumətin əməkdaşlara verdiyi mobil qurğulardan pis qorunur.

Myanma lideri "Oksford" mükafatından məhrum edilib

28 Noyabr 2017 09:04

Myanma lideri "Oksford" mükafatından məhrum edilib. Bu barədə Londonun "The Independent" qəzeti məlumat yayıb. Qeyd edilir ki, Myanmanın dövlət müşaviri və de-fakto siyasi lideri Aun San Su Çji "Freedom of the City of Oxford" mükafatından öz vətənində müsəlman rohinca xalqının təqibini dayandıra bilmədiyinə görə məhrum edilib. Nəşrin xəbərə görə, Oksfordun şura üzvləri zorakılığa göz yumana ehtiram bəsləmək istəmədiklərini razılaşdırıblar.

Terrorun qarşısı alındı

28 Noyabr 2017 09:02

Misir polisi Şimali Sinay vilayətində, Əl-Arişədə silahlıların keçid-mühafiə məntəqələrinə iki hücumunun qarşısını alıb. Bu barədə "Sky News Arabia" telekanalı xəbər verib. Xəbərdə bildirilir ki, silahlı toqquşma zamanı 3 terrorçu məhv edilib.

Baş nəqli üçün Çinə müraciət etdi - YALANI ÜZƏ ÇIXDI

27 Noyabr 2017 20:03

Dünyada ilk baş nəqlini gerçəkləşdirmək istəyən italiyalı professor Serxio Kanavero canlı insandan baş nəqli edilməsi üçün Çinə müraciət etmişdi. Çin alimin bu istəyini qəbul etməyib. Çin Beynəlxalq Radiosundan yayımlanan xəbərə görə, alimin xahişi Çinin Səhiyyə Nazirliyi tərəfindən rədd edilib.

“Samsung” 12 dəqiqə ərzində akkumulyatoru enerji ilə dolduran qrafen kürəciklər yaradıb

27 Noyabr 2017 19:50

Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən qrafendən istifadə nəticəsində hazırlanmış akkumulyator 12 dəqiqə ərzində smartfonu enerji ilə doldurmağa imkan verir. Bu haqda “Financial Times” nəşri yazıb.

Bu ölkənin yeni polis bölməsində yalnız robotlar işləyəcək

27 Noyabr 2017 19:42

Tezliklə Çin hakimiyyəti tərəfindən Uhan meqapolisində açılacaq nəqliyyat polis bölməsində yalnız bir robot (sənədlərin yoxlanması və verilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem) işləyəcək. Xüsusi süni intellekt əsasında işləyən robot ziyarətçiləri dərhal müəyyənləşdirir ki, bu da uzun növbələri aradan qaldırmağa imkan verəcək.

“Google” şirkəti “ağıllı” kontakt linzaları təqdim edib

27 Noyabr 2017 19:36

Bu yaxınlaradək qanda şəkərin miqdarını ölçən “ağıllı” kontakt linzalarının yaradılması üzərində çalışan “Google” şirkəti ixtira üçün patent hüququ alıb. Linzalar qanda şəkərin miqdarını ölçməklə yanaşı, ölçmənin nəticələrini miniatür simsiz rabitə modulu vasitəsilə mobil qurğu əlavəsinə göndərir.