Toyda dəhşət - Restoranın mühafizəçisi bəyi öldürdü - Ukraynada

Ukraynanın Kiyev şəhərinin Obuxov rayonunda restoran mühafizəçisi toyunu qeyd edən gənci öldürüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı bəy qonaqlarla mübahisə edib və onları söhbəti ayırd etmək üçün çölə çağırıb. Küçədə isə onun restoranın 66 yaşlı mühafizəçisi ilə davası düşüb. O, mühafizəçiyə hücum etmək istərkən kişi cəld tərpənərək bəyi bıçaqla qasığından vurub.

Zərbə nəticəsində çoxlu qan itirən bəy xəstəxanada dünyasını dəyişib.

Mühafizəçi həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31