“Qara Cümə”də rekord qırılıb
ABŞ-da “Black Friday” (qara cümə) adı verilən xüsusi alış-veriş günündə bundan öncəki bütün zamanların rekordu qırılıb. “Adobe Digital Insights”ın 4500 saytdan topladığı statistikaya görə, həmin gün onlayn şəkildə alınan malların məbləği 5 milyard 30 milyonu ötüb.
28 Noyabr 2017 09:41 DünyaABŞ-da "Black Friday" (qara cümə) adı verilən xüsusi alış-veriş günündə bundan öncəki bütün zamanların rekordu qırılıb.
"Adobe Digital Insights"ın 4500 saytdan topladığı statistikaya görə, həmin gün onlayn şəkildə alınan malların məbləği 5 milyard 30 milyonu ötüb.
Bu da ABŞ tarixində "Qara cümə" günü qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, "Black Friday" ABŞ-da "şükran günü"ndən sonra gələn ilk cümə gününə deyilir. Həmin gün 1932-ci ildən bu yana Yeni il alış-verişinin başlanğıcı kimi bilinir. Bu səbəbdən mağazalar gecə saatlarına kimi bağlanılmır və gözlənilməz endirimlər olur. A24.az