Dünya

Virtual qadın siyasətçi seçicilərlə ünsiyyət qurur

27 Noyabr 2017 19:28

Yeni Zelandiya proqramçısı Nik Qirritsen dünyada ilk virtual qadın siyasətçi yaradıb. “SAM” adlı kompüter proqramı (bot) seçicilərlə “Facebook Messenger” əlavəsində ünsiyyət qurur.

Gələn il dünyada ilk smartfon-termometr buraxılacaq

27 Noyabr 2017 19:23

2018-ci ildə qurğular bazarına “i-MEMS” sistemli dünyanın ilk smartfon-termometrinin çıxarılacağı gözlənilir. Smartfon-termometr istifadəçiyə 0,5 saniyə ərzində bədənin dəqiq temperaturunu öyrənməyə imkan verəcək.

Bu smartfon "qiymət – keyfiyyət" nominasiyasında ilin ən yaxşı smartfonu adına layiq görülüb

27 Noyabr 2017 19:15

"TechRadar” portalının versiyasına görə, “Samsung Galaxy S8”, “S8 Plus” və “Google Pixel 2” qurğuları 2017-ci il üzrə ən yaxşı smartfonlar reytinqində ilk üçlükdə qərarlaşıblar.

“Firefox” brauzeri istifadəçiləri məlumat itkisindən qoruyacaq

27 Noyabr 2017 19:10

“Firefox” brauzerinin tərtibatçıları kvant texnologiyalı yenilənmə ilə məhsuldarlığı artırdıqdan sonra təhlükəsizliklə bağlı məsələlərlə məşğul olmağa başlayıblar.

Smartfon asılılığı ilə mübarizədə kömək edən qurğu təqdim olunub

27 Noyabr 2017 19:05

Avstriyalı dizayner Klemens Şillincer tərəfindən təqdim edilmiş “Substitute Phone” adlı ixtira insanlara smartfon asılılığından xilas olmaqda yardımçı olacaq.

116 ildir yanan lampanın QƏRİBƏ HEKAYƏSİ

27 Noyabr 2017 19:00

ABŞ-ın Kaliforniya əyalətindəki bir yanğınsöndürmə binasında asılan lampa 116 ildir ki, fasiləsiz olaraq yanmaqdadır. 1901-ci ildən bəri yanan lampa müxtəlif fasilələrlə yaşanan 3 elektrik kəsilməsi xaricində heç vaxt sönməyib. Lampanı hazırlayan və yanğınsöndürənlərə hədiyyə edən isə Adolf Çaylet olub. O, dövrünün böyük alimi Tomas Edison ilə rəqabətdə olub və ən yaxşı lapmanı icad etmək mövzusunda iddiaya girib.

Devid Bekhem uğurunun sirrini açıqlayıb

27 Noyabr 2017 18:53

“Adidas” və “Samsung” kimi dünyaca məşhur şirkətlərin reklam üzü olan keçmiş futbolçu Devid Bekhem iş adamına çevrildiyi müddəti həyəcanlı dövr adlandırıb.

Filmdəki səhnələrinə görə sevgilisindən ayrılan aktrisaya evlilik təklifləri gəlir

27 Noyabr 2017 18:48

Qısa müddət ərzində tamaşaçılar tərəfindən sevilən türk serialı “Çukur”da Sena obrazını canlandıran aktrisa Dilan Çiçek Deniz filmdəki rolu sayəsində istədiyi şöhrətə sahib olub. Filmdən sonra “2014 Miss Turkey” ikincisi seçilən aktrisanın İnstagramdakı izləyici sayı 1 milyon olub.  Dilan məşhurlaşması ilə bağlı “Yolda gedərkən şəkil çəkdirmək istəyənlər artıb. Bundan həm xoşlanıram, həm də utanıram”, -deyə bildirib. Sevgilisi Okan Can Yantırdan yeni ayrılan aktrisaya sosial şəbəkədən minlərlə evlilik təklifləri gəlir.

NƏHAYƏT - Şahzadə və aktrisa nişanlandı

27 Noyabr 2017 18:39

Uels şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nişanlanıb. Məlumata görə, bu barədə şahzadə Harrinin atasının iqamətgahından bildiriblər. Meqan Marklın nişan mərasimindən sonraLondonda yaşamağa hazırlaşdığı bildirilir.

Pişiyi diplomat təyin etdilər

27 Noyabr 2017 18:34

İngiltərənin İordaniyadakı səfirliyi bir pişiyi diplomat təyin edib.  Abdounlu Lavrance adlı pişik siçanları ovlamaq üçün təyin edilib. Oktyabr ayında ölkənin paytaxtı Ammanda bir heyvan sığınacağından alınan pişik İngiltərənin ilk diplomat pişiyi olmaq xüsusiyyətinə malikdir. Sosial mediada da məşhur olan pişiyin 7 min izləyicisi var. Amman səfirinin köməkçisi Laura Dauban bildirib ki, A.Lavrance səfir olmaqla yanaşı tviter izləyiciləri ilə də maraqlanır.

Fahriye Evcen Türkiyənin ən bəxtəvər qadını seçildi 

27 Noyabr 2017 18:30

Fahriye Evcen Türkiyənin ən şanslı qadını seçilib.  “Kizlar soruyor” sorğu səhifəsi "Türkiyənin ən şanslı məşhur qadını kim?” sualına cavab axtarıb. Sorğu nəticəsində məlum olub ki, Fahriye Evcen Burak Özçivit kimi yaraşıqlı kişi ilə evli olduğu üçün çox şanslı sayılır. Nəticə etibarı ilə Fahriyenin yerində olmaq istəyən qızların da sayı hədsiz çox olub.

Düşmən hücuma hazırlaşır - İtirilmiş ərazilər üçün QİSAS SÖZÜ

27 Noyabr 2017 18:12

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Qorlovka rayonunun iki kəndinin Ukrayna Silahlı qüvvələri tərəfindən tutulmasına simmetrik cavab verəcək.

Vulkan və partlayışla bağlı azərbaycanlı turistlərə ÇAĞIRIŞ

27 Noyabr 2017 17:44

Azərbaycan Turizm Assosiasiyası Azərbaycan vətəndaşlarını Misirə və İndoneziyaya səfər etməməyə çağırıb.  Assosiasiyanın sədr müavini Müzəffər Ağakərimov bildirib ki, noyabrın 24-də Misirdə baş verən terror hadisəsindən sonra Azərbaycan vətəndaşlarının həmin ölkəyə getməsi tövsiyə edilmir.

Moskvada BOMBA HƏYƏCANI - 700 nəfər təxliyyə edildi

27 Noyabr 2017 16:48

Moskvanın Lubyanka meydanında yerləşən mərkəzi uşaq mağazasındakı insanlar bomba qoyulması haqqında xəbərlə əlaqədar təxliyyə edilib. Mağazadan təxminən 700 insan təxliyyə olunub.

İstanbulda 200 miqrantın saxlanıldığı zirzəmi tapıldı

27 Noyabr 2017 16:36

İstanbulda 200 pakistanlı miqrantın saxlanıldığı zirzəmi aşkar edilib. Belə bir zirzəmi haqqında polisə həmin yerdən qaçmağa müvəffəq olan miqrantlardan biri xəbər verib. Araşdırma zamanı məlum olub ki, burada miqrantlara əziyyət verilir, hətta 15 nəfər qan itkisindən ölüb.