Dünya

56 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

27 Noyabr 2017 16:16

Almaniyada bir sürücünün 56 il ərzində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi məlum olub.  74 yaşlı sürücünün törətdiyi qəza nəticəsində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi ortaya çıxıb. Bildirilir ki, həmin şəxs hərbi xidmətə getməmişdən əvvəl sürücülük vəsiqəsi almaq üçün kursa başlayıb. Lakin, hərbi xidmətə yollanan həmin şəxs kursu yarımçıq buraxıb. Daha sonra isə kursu bitirmək üçün müraciət etməyib. O vaxtdan sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. 

İran generalları Avropanı raketlərlə hədələyir

27 Noyabr 2017 15:56

"The Independent" qəzetinin yazdığına görə, İran lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib. Ölkənin İnqilab Keşikçiləri Korpusu komandanının müavini deyib ki, Avropa İranı hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər. "Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. ...Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik" - briqada generalı Hüseyn Salami Fars xəbər agentliyinə deyib.

Rusiyada korrupsiya ilə mübarizə şöbəsinin müdiri sevdiyi qıza “Mercedes” hədiyyə edib

27 Noyabr 2017 15:52

Başqırdıstanın paytaxtı Ufa şəhərində yerli polis idarəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin rəisi işləyən şəxs sevdiyi qıza qiyməti 2 milyon rubl (təxminən 35 min dollar) olan “Mercedes” markalı avtomobil hədiyyə edib.

Los-Ancelesdə Sarkisyana qarşı etiraz

27 Noyabr 2017 15:53

Müxalif "Yerkir Tsiran" partiyasının rəhbəri Zaruhi Postançıyan ABŞ-ın Los-Ancesles şəhərində Sarkisyan rejiminin əleyhinə etiraz aksiyası keçirir. Bir neçə gün öncə ABŞ-a gedən Postançıyan orada yaşayan erməni icmasını Sarkisyan hakimiyyətinə qarşı təşkilatlandırmaq üçün bir sıra görüşlər keçirəcək.

Gürcüstan XİN Qarabağ separatçılarının Tbilisidə açdığı sərgi haqda

27 Noyabr 2017 15:50

Hər hansı bir separatçı rejimin, istər tanınmamış, qondarma “DQR”, istərsə də Abxaziya separatçılarının haradasa sərgi, konfrans və ya başqa bir tədbir keçirməsi arzuolunmazdır.

Kremlin sözçüsü Ramzan Kadırovun istefası barədə

27 Noyabr 2017 15:45

“Ramzan respublikanın rəhbəri olaraq qalır”. Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kadırovun vəzifədən getmək istəyini bildirməsi ilə bağlı deyib.

Şahzadə aktrisa ilə evlənəcək

27 Noyabr 2017 15:42

Böyük Britaniya şahzadəsi Harri yaz aylarında amerikalı aktrisa Meghan Markle ilə evlənəcəklərini elan edib. 33 yaşlı Harry krallıqda beşinci yeri tutur. Onun 36 yaşlı nişanlısı Markle ABŞ-ın televiziyalarının birində yayımlanan serialda  oynayır.

FETÖ-nun “kassası” Türkiyəyə gətirildi - Əməliyyat

27 Noyabr 2017 15:26

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ-nun “kassası” kimi tanınan iş adamı Məmduh Çıxmaz Türkiyəyə gətirilib. Bu barədə “Milliyyət” məlumat yayıb. FETÖ-nun pul dövriyyəsində mühüm rol oynayan Çıxmazın MİT-in keçirdiyi əməliyyatla Sudandan gətirildiyi bildirilib.

Varşavada müsəlman mərkəzi daşa basıldı

27 Noyabr 2017 15:04

Polşanın paytaxtı Varşavada naməlum şəxslər İslam mədəniyyəti mərkəzini daşa basıb. Məlumata görə, polis hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib.

Yaponiya sahillərində içi meyit dolu qayıq tapılıb

27 Noyabr 2017 15:03

Yaponiya sahillərində içində 8 nəfərin meyiti olan taxta qayıq aşkarlanıb. Məlumata görə, sahil-mühafizə xidməti qayıqda tapılan bir neçə meyitdən artıq skeletlər qaldığını qeyd edib. Hazırda Akita prefekturasının polisi araşdırma aparır.

Zorladı və fotolarını çəkdi - 1 ay şantaj etdi

27 Noyabr 2017 14:45

Türkiyənin Zonquldaq rayonunun Çaycuma qəsəbəsində bir qadını zorlayıb, bu an çəkdiyi fotolarla şantaj edən şübhəli həbs olunub. Rayonda yaşayan M.K. (35) adlı qadın bir ay öncə U.G-nın (49) onu zorladığını və o məqamda çəkilən fotolarla şantaj edildiyini bildirərək, şikayət edib. Polislər şübhəlini evində ələ keçiriblər.

4 növ yadplanetli Yer kürəsinə gəldi

27 Noyabr 2017 14:37

Kanadanın keçmiş müdafiə naziri Paul Helyer 4 növ yadplanetlinin Yer kürəsinə gəldiyini və onların məhv edildiyini açıqlayıb. Keçmiş nazir yadplanetlilərin yerlə əlaqəsini gizlətmək üçün trilyonlarla dollar xərcləndiyini etiraf edib. 

Generaldan “Əl Cəzirə” ilə bağlı təklif: "Partladaq"

27 Noyabr 2017 14:02

Qətərə qarşı qurulan blokadanın başında duran Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təhlükəli tələb irəli sürülüb. Ali səviyyəli təhlükəsizlik əməkdaşı Dahi Qaflan tvitter hesabında Qətərin “Əl Cəzirə” telekanalının bombalanmasının lazım olduğunu yazıb. General-leytenant kanalın Misirin şimalındakı Sinay yarımdasında baş verən məscid partlayışını alovlandırdığını iddia edib.

“Bu silahlar toplanmalıdır” - Türkiyədən TƏLƏB

27 Noyabr 2017 14:00

“ABŞ tərəfindən PYD-yə verilən silahlar toplanmalıdır”. Bunu Türkiyə və ABŞ prezidentləri arasındakı son telefon söhbətini şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

"Ərimin intim fantaziyalarından bezdim, məni boşayın" - Gənc qadın üsyan etdi

27 Noyabr 2017 13:51

İstanbulda Betül I. adlı qadın ərinin seks fantaziyalı geyimlər aldığını, istəmədiyi halda zorla geyinmək məcburiyyətində qaldığını və dediklərini etmədiyi zamanlarda isə dalaşdıqlarını bildirərək boşanmaq üçün məhkməyə müraciət edib.