Fanatı aktrisanı 50 ildir izləyir

Məşhur türkiyəli aktrisa Fatma Girik 50 ildi onu narahat edən fanatından polisə şikayət edib. Olaylar.az bildirir ki, aktrisanın fanatı uzun illərdi onu onun izləyərək işlədiyi məkanlara, evinə, hətta anasının Bodrumdakı evinə girməyə cəhd göstərib.

Məşhur türkiyəli aktrisa Fatma Girik 50 ildi onu narahat edən fanatından polisə şikayət edib. Olaylar.az bildirir ki, aktrisanın fanatı uzun illərdi onu onun izləyərək işlədiyi məkanlara, evinə, hətta anasının Bodrumdakı evinə girməyə cəhd göstərib. Davamlı olaraq aktrisanı izləyən, onun haqqında məlumat toplamağa çalışan fanat keçən il  aktrisanın müalicə aldığı xəstəxanada otağına daxil olub. Girik gözlərini açanda həmin şəxsi qarşısında gördüyünü və çox qorxduğunu qeyd edib. Anası və bacıları gəldikdən sonra fanatının otaqdan dərhal çıxdığını və çıxarkən də ona bir məktub qoyduğunu etiraf edib.

Aktrisa uzun zamandır onu izləyən fanatının cəzalanmasını istəyir. Hazırda  Fatma Girikin şikayəti ilə bağlı istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31