İsrailin paytaxtında partlayış: xəsarət alanlar var
İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub. Bu barədə yerli polis məlumat yayıb. Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub. Partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.
28 Noyabr 2017 09:33 Dünyaİsrailin paytaxtı Təl-Əvivdə partlayış olub. Bu barədə yerli polis məlumat yayıb.
Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub.
Partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.
Hadisə yerində xilasedicilər işləyir. Ərazidə həmçinin polis nəzarəti gücləndirilib.
Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Publika.az