Hakim: Zərraba hökm oxunmayacaq

ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub. Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib.

ABŞ-da əslən Cənubi Azərbaycandan olan türkiyəli iş adamı Rza Zərrabın qalmaqallı məhkəməsində gözlənilməz dəyişiklik olub. Hakim Riçard Berman R.Zərrabın prosesdə təqsirləndirilən şəxs qismində iştirak etməyəcəyini və mühakimə olunmayacağını açıqlayıb. Müttəhim kimi təkcə Hakan Atilla göstərilib. Bununla da proses bir anda Atillaya qarşı yönəlib. Hakim məhkəmədə ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaq, bank saxtakarlığı, çirkli pulları yumaq və ABŞ qanunlarını pozmaq üçün müxtəlif pusqular qurmaqda ittiham edilən R.Zərrabın deyil, tək təqsirləndirilən şəxs olaraq "Halkbank"ın baş direktor müavini Hakan Atillanın mühakimə olunacağını vurğulayıb. R.Bermanın bu addımı hər kəsi təəccübləndirib. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31