Rusiyya və Amerika təyyarələri havada mübahisə etdilər

Noyabrın 28 – də səhər saatlarında  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus  P-8A sualtı qayıq ovçusu Qara dəniz üzərində nəzarət xidməti aparan Rusiyaya məxsus U-30 qırıcısı  təyyarəsinin qarşısını kəsib. Rus qırıcısı Amerikaya məxsus təyyarənin önünü təhlükəli manevrlərlə kəsərək, istiqamətini dəyişməyə vadar edib. İki təyyarə arasında havada mübahisə 24 dəqiqə davam edib. Hadisə ilə bağlı açıqlama Pentaqon mətbuat xidmətinin əməkdaşı Mişel Beldanza tərəfindən verilib. Rusiya tərəfi isə hadisə ilə əlaqədar hər hansı bir açıqlama verməyib.

Noyabrın 28 - də səhər saatlarında  ABŞ Hərbi Hava Qüvvələrinə məxsus  P-8A sualtı qayıq ovçusu Qara dəniz üzərində nəzarət xidməti aparan Rusiyaya məxsus U-30 qırıcısı  təyyarəsinin qarşısını kəsib. Rus qırıcısı Amerikaya məxsus təyyarənin önünü təhlükəli manevrlərlə kəsərək, istiqamətini dəyişməyə vadar edib. İki təyyarə arasında havada mübahisə 24 dəqiqə davam edib. Hadisə ilə bağlı açıqlama Pentaqon mətbuat xidmətinin əməkdaşı Mişel Beldanza tərəfindən verilib. Rusiya tərəfi isə hadisə ilə əlaqədar hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, son günlər Qara dəniz üzərində Rusiya və Amerika təyyarələri arasında bənzər hadisələr tez -tez yaşanılır.
Xəbəri Olaylar.az -ın Türkiyə bürosu yayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31